Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Belarusdan qaçanların qarşısını ala bilmir
Belarus - Minsk

Belarusda son prezident seçkiləri ölkədə Aleksandr Lukaşenko rejimindən narazılardan ibarət böyük insan ordusunun formalaşdığını ortaya qoymuşdu. Onda postsovet dövlətində heç vaxt qeydə alınmayan ciddi qarşıdurmalar yaranmışdı. Lukaşenkonun seçkilərdəki əsas rəqibi Svetlana Tixanovskaya ölkədən qaçmalı olmuşdu. Xeyli siyasi fəal həbs edilmişdi.

Bizimyol.info xəbər verir ki, Belarusda yenə sabitlik deyil. Müxalif bloger Roman Protaseviçin həbsi ölkədə siyasi ovqatı bir daha dəyişib. Sanki Belarusdan ümidini üzənlərin sayı günbəgün artır. Xeyli insan ölkədən qaçmağa çalışır.

Litva iyulun əvvəlindən belaruslu miqrantlara qarşı mübarizə aparır. Onlar sərhədi müxtəlif yollarla keçməyə çalışır. Litva miqrantların qarşısının alınması prosesinə ordunu da qoşub. İndiyə qədər narahatlıq yaratmayan sərhəd zonalarının bir çoxuna tikanlı məftillər çəkilib. Litva sərhədçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Çünki miqrant axınının ardı kəsilmir. Elə gün olmur ki, sərhəd zolaqlarına üz tutanlar qeydə alınmasın.

Belarusdan qaçanlardan təkcə Litva əziyyət çəkmir. Polşa da dilə gəlib. Ölkənin Xarici İşlər naziri Zbiqnev Rau rəsmi Minski baş verənlərə görə ittiham edib. Onun fikrincə, Lukaşenko narazı kəsimin ölkədən qaçmasında maraqlıdır. Rau hətta bunun təşkil olunduğunu bildirib.

“Belarus dövlətinin həyata keçirdiyi təmiz biznesdir. Ölkə özünü böyük turizm agentliyi kimi aparır. Vətəndaşlarının təyyarəyə əyləşdirilməsindən tutmuş Litva ilə sərhədə çatdırılmasına qədər təşkil edirlər. Hətta qaçanlara məlumat çatdırırlar ki, sərhədi hansı zaman kəsiyində uğurla keçmək olar. Bu, kompleks, utanmaz davranışdır”.

Rau deyib ki, Belarus Avropaya miqrant daşınmasını dayandırmasa, bütün ölkələr Avropa İttifaqı ilə sanksiya tətbiqini razılaşdırmalı olacaq. Onun sözlərinə görə, dövlət rəhbərləri artıq müzakirələrə başlayıb.

Litvada iyulun 2-də Belarusla sərhəddə baş verənlər fövqəladə vəziyyət kimi qiymətləndirilmişdi. Baltikyanı dövlət 2020-ci illə müqayisədə bura üz tutan miqrantların sayının 20 dəfə artdığını açıqlamışdı.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »