Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya danışıqların qarşısnı almaq üçün Qarabağda təxribatlara rəvac verir”
Şuşa şəhəri

“Rusiya sülhməramlı qüvvələrinin müvəqqqəti yerləşdiyi ərazilərdə növbəti dəfə qanunsuz silahlı birləşmələr Şuşa ətrafında bölmələrimizi atəşə tutub. Artıq Rusiya Qarabağda sülhməramlı missiyasını yerinə yetirmir və Azərbaycan öz ərazisindən atəşə məruz qalır”.

Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndi yerinə yetirilmir, hətta buradakı silahlı birləşmələr Azərbaycana qarşı hücumlar təşkil edir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Azərbaycan hərəkətə keçməlidir. 1990-cı illər deyil ki, Rusiya hərbçiləri olduğu üçün biz seyrçi qalaq. Qarabağdakı silahlıların bu fəaliyyətinə Rusiya məsuliyyət daşıyır. Buna baxmayaraq, Rusiya bununla N.Paşinyan hakimiyyətini çətin bir vəziyyətə salaraq Azərbaycanla mümkün danışıqları sabotaj edir. Qarabağdakı separatçıların fəaliyyəti birbaşa Ermənistan hakimiyyətinin və xalqının əleyhinə işləyir. Bunu N.Paşinyan da çox gözəl anlayır və çıxış yolu kimi Rusiyanın ölkəsində mövqelərini zəiflətməyə çalışacaq. Aktiv əməliyyatlar bitəndən sonra, Rusiya Qarabağda münaqişənin bitmədiyi görüntüsünü yaratmaq üçün belə təxribatlara yol verir.

Ermənistanda seçkilərdən sonra Azərbaycanla danışıqların başlanması gözlənilirdi. Rusiya məhz bunun qarşısnı almaq üçün Qarabağda təxribatlara rəvac verir. Baş verənlər Kremldən idarə olunur. Ermənistanın Qarabağda kiçik bir ərazidə heç bir siyasi-hərbi mövqeyi yoxdur. Rusiya 10 noyabr və 11 yanvar razılaşmalarını bununla sabotaj edir. Regionda sülhün və təhlükəsizliyin əldə edilməsi, Zəngəzur dəhliznin açılması, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi Qərbin regionda təsirinin artmasına gətirib çıxaracaq. Ona görə də Rusiya bunun qarşısını almaq üçün istənilən varianta əl atacaq. Hətta sərhəddə Azərbaycana hücumlar təşkil edəcək. Qarabağdakı silahlılarının postlarımıza hücumunu təhrik edəcək.

Siyasi şərhçinin sözlərinə görə, baş verənlər Ermənistanda vəziyyəti daha da çətinləşdirəcək, N.Paşinyan seçkidə söz verdiyi kimi sülh və iqtisadii ikişafı təmin edə bilməyəcək.

“Bu da xalqda ciddi narazılıq doğuracaq. Nəticədə Qarabağ klanı və R.Koçaryan Rusiyanın dəstəyi ilə hərəkətə keçəcək. Rusiya bununla N.Paşinyanın mövqelərini sarsıtmağa çalışır.

Rusiya post-münaqaişə dövründə sülhün və təhlükəsizliyin əldə edilməsinə mane olur. Rusiyanın əsas planı bundan ibarətdir. Ona görə də N.Paşinyanın hakimiyyəti təhlükəli ssenariyə keçir. Azərbaycana qarşı Rusiyanın təzyiqləri müsbət nəticə verməyəcək. Rusiyanın mövqeləri daha da zəifləyəcək. Azərbaycan Türkiyə ilə birgə regionda daha da güclənəcək. Azərbaycan Qarabağda silahlı birləşmələri zərərləşdirməlidir. Prezident İlham Əliyev baş verənləri sükutla qarşılamayacaq. Yaxın vaxtlarda Rusiyanı və separatçıları təşvişə salacaq yeni bir planın şahidi ola bilərik”.

Leyla Mirzə

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »