Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Süd vəzisi xərçənginin səbəbləri hələ də tibbə məlum deyil"
Süd vəzi xərçəngi

Qadınlar üçün son dövrlərin ən böyük problemlərindən biri də süd vəzisi xərçəngidir. Mütəxəsəssislərə görə, süd vəzilərində müşahidə edilən artıq kütlələrin 90 faizi xoşxassəlidir. Ancaq bu kütlələr narahatlığa səbəb olmaqla yanaşı gələcəkdə xərçəngə də çevrilə bilir.

Qadınların kabusuna çevrilmiş süd vəzisi xərçəngi sənyae ölkələrində hər 10 qadından birində müşahidə edilir. Nə qədər qəribə olsa da süd vəzisi xərçəngi kişilərdə də müşahidə edilir.

Mama-ginekoloq Xoşqədəm İbrahimovanın sözlərinə görə, süd vəzisi xərçəngi erkən dövründə müəyyən edildiyi zaman tamamilə sağala bilən bir xəstəlikdir:

“Süd vəzisi xərçənginin səbəbləri də hələ də tibbə məlum deyil. Ancaq xəstəliyin inkişafına genetik, hormonal, sosibioloji, psixoloji təsirlər ola bilər. Ailəsində süd vəzisi xərçəngi olan qadınlarda süd vəzisi xərçəngi yaranma ehtimalı normaldan daha yüksəkdir. Süd vəzisi xərçənginin əmələ gəlməsində yaş faktoru da böyük önəm daşıyır. Belə ki, süd vəzisi xərçəngi 35 yaşdan sonra qadınlarda daha çox müşahidə edilir. Bununla yanaşı qızlarda münsturasiyanın erkən yaşlarda başlaması (12 yaşdan aşağı), klimaksın gec başlaması, klimaksdan sonra kökəlmə, uzun müddət hamiləliyə qarşı dərmanlar qəbul etmək, ilk doğuşun 30 yaşdan sonra olması, uşaq dünyaya gətirməmək və s. digər faktorların süd vəzisi xərçəngi yaratma ehtimalı daha çoxdur”.

Süd vəzisi xərçənginin əlamətləri aşağıdakılardır:Süd vəzisində kütlə ilə qanlı axıntının müşahidə edilməsi,

  • Döşün giləsinin içəri çəkilməsi,
  • Dəridə və ya süd vəzisi giləsində yara,
  • Süd vəzisinin kütləsində dəyişiklik,
  • Süd vəzilərində ağrı.

Həkimin sözlərinə görə, xəstəliyin diaqnozunun qoyulması bu gün çox asandır. Buna görə, 40 yaşından sonra hər bir qadın mamoqarfiya ilə nəzarətdə saxlanılmaldır. Bundan başqa qadınlar özləri özlərini hər ay müayinə edə bilərlər:

“20 yaşından sonra hər bir qadın mensturiasya bitdikdən 2-4-cü günlərdə özlərini müayinə edə bilər. Sol süd vəzisinin müayinəsi üçün qadına ayaq üstə durub sol qolunu başının üzərində qaldırılır. Sağ əlin 3 barmağı dairəvi formada sol süd vəzisinin ətrafında süd vəzisi müayinə edilir. Daha sonra sağ döş eyni üsulla müayinə edilir. Hər süd vəzisi 5 dəqiqə müayinə edilməlidir. Bunu masaj edirmiş kimi etmək lazımdır. Sonra arxası üstə uzanaraq,

Müayinə davam edilir. Süd vəzisi sıxılaraq, axıntı olub-olmadığı müayinə edilir”.

Həkim bildiirb ki, süd vəzisi xərçəngindən qorunmaq üçün körpələr ən az 6 ay əmizdirilməlidir. Və hormon müalicəsindən qaçmaq lazımdır.

Süd vəzisi xərçənginin müxtəlif müalicə üsulları var. Bu xəstəliyin hansı dövrdə aşkarlanmasından çox asıldır. Xəstəlik erkən dövrlərində aşkarlandığı zaman süd vəzisi götürülmədən də müalicə mümkündür.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »