Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir neçə gün öncə Xəzərdə püskürən Daşlı vulkanı barədə nə bilirik...
Palçıq vulkanı

Palçıq vulkanları başlıca olaraq fərqi Azərbaycan ərzisində Abşeron yarımadasında, Şamaxı, Qobustan rayonunda, aşağı Kür çökəkliyində və Bakı Arxipelaqında geniş yayılıb. Quruda 190 palçıq vulkanı və təzahürləri var.

Palçıq vulkanları haqqında Bizimyol.info saytına danışan Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib ki, palçıq vulkanlarının ən böyükləri Abşeronda Otman-bozdağ, Güzdək-bozdağ, Qobustanda Torağay və Kənizdağdır. Belə ki, onların hündürlüyü 400 metrə çatır:

Təkcə Qobustanda 100-dən çox palçıq vulkanı var. 40-a yaxın palçıq vulkanı yer səthinə neft çıxarır. (Mədrəs, Qırlıq, Paşalı Axtarması, Şorbulaq və s.)

Cənubi Xəzərdə 200-dən çox sualtı palçıq vulkanı vardır ki, onların 120-si Xəzərin Azərbaycan sektoruna təsadüf edir. Bakı arxipelaqında vulkan mənşəli 8 ada vardır”.

Bir neçə gün öncə Xəzərdə püskürən Daşlı vulkanına gəldikdə isə, Ceyhun Paşayev deyir ki, Daşlı adası Səngi Muğan adasından cənub şərqdə yerləşir. Köhnə adı İqnati Daşı kimi tanınır. Geoloji ədəbiyyatlarda Daşlı kimi qeydiyyatdadır. Vulkanın səthində aktiv iki qrifon müəyyən olunub:

“Daşlı adasının kənar və sualtı sahəsində daim qaz uğultu səsləri gəlir və mərkəzi hissəsində daim neft ləkəli məhlullar axır. Daşlı adası palçıq vulkanı yerləşən regionda sualtı antiklinal qırışıqlığı yerləşir ki, aktiv seysmik hərəkətlərin nəticəsidir. Adada aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, vulkan məhsulunun tərkibi əsas etibarilə neftli və kvarslı süxurlardır. Dəniz səviyyəsindən 3-5 metr yüksəlir və şimal qərbdən cənub şərqə uzanır. Onun uzunluğu 350 metr eni 200 metrdir. Kələ - kötürlü relyefi var. 1810-cu ildən bu günə qədər 3 dəfə püskürüb (1920, 1945, 2021 ci illər).

2021-ci il 4 iyul tarixində saat 21-50 radələrində Daşlı adası palçıq vulkanında bir neçə fazada püskürmə baş verib və yüksək təzyiq altında səthə çıxan alov sütununun hündürlüyü 300 metrdən çox olub. 30 saniyə müddətində baş verən püskürmə özünü sonradan kiçik alov sütünları ilə göstrəməyə başlayıb. Potensial enerjini 1 km dərinlikdən alaraq güclü aktivlik nümayiş etdirib. Həm sahəcə həm də səviyyəcə adanın ölçülərində fərq yaranıb”.

C.Paşayev vurğulayıb ki, yaxın günlərdə xaric olmuş brekçiya qatının həcmi və digər xaric olunmuş vulkanik məhsullar haqqında monitorinqlər aparılacaq.

Xüsusilə qeyd etmək lazımdır ki, məlum hadisənin məhz palçıq vulkanı səbəbindən olması ilk olaraq Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən elan olunub.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »