Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbək, qırğız, tacik, türkmən... Moskvada qız üstündə bir-birini qırır
Rusiya - Moskva

Rusiyada Qafqaz xalqlarının iştirakı ilə kütləvi davalar haqda az eşitməmişik. Xüsusilə azərbaycanlılar, ermənilər, dağıstanlılar, çeçenlər bu məsələdə fəal olur. İndi qafqazlıları ortaasiyalılar əvəz etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Moskvada özbəklər, qırğızlar, taciklər və türkmənlərin iştirakı ilə kütləvi dava olub. Əvvəlcə taciklərlə qırğızlar arasında böyük qarşıdurma yaşandığı bildirilmişdi. Amma sonradan davada özbəklərlə türkmənlərin iştirakı da dəqiqləşdi.

Miqrantların qarşıdurması Rusiya paytaxtının “Kuzminki” metrostansiyasının yaxınlığında qeydə alınıb. Davanı konkret hansı xalqın nümayəndələrinin başladığı məlum deyil. Hər halda Rusiya saytları bunu dəqiqləşdirməyiblər. Sadəcə, bir qrup ortaasiyalının yüksək səslə şüarlar səsləndirdiyi yazılıb. Bundan sonra dava düşüb. Qarşıdurmada 200 nəfərə qədər şəxs iştirak edib. Polisin müdaxiləsi də gərginliyi dərhal azaltmağa kömək olmayıb. Ortaasiyalıların bir neçəsi ciddi xəsarət alıb. Xeyli miqrant xəstəxanaya müraciət etməli olub.

Məhkəmə materiallarında maraqlı nüanslar diqqət çəkib. Kütləvi dava iştirakçılarından bəzisi qarşıdurmanın qız üstündə yarandığını bildirib. Tərəflərdən birinin Zelenodolski küçəsində gənc qadına söz atdığı ifadələrdə yer alıb. Məsələ digər qrupun xoşuna gəlməyib. Dava böyüyüb. Getdikcə “Kuzminki”dəki meydana daha çox ortaasiyalı toplanmağa başlayıb. Dava zamanı təkcə üç nəfərin soyuq silahla yaralandığı qeyd olunub. Polis 90 nəfəri həbs edib.

Ortaasiyalıların bəzisi qarşıdurmanın qeydə alındığı meydana avtomobilləri ilə üz tutub. Böyük qarışıqlıq yaranıb. Məhkəmədə baş verənlər yerli hakimiyyətlə razılaşdırılmamış aksiya kimi qiymətləndirilib. Xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Rusiyaya gələn əmək miqrantlarının çoxu Orta Asiyadandır. Siyahıya Özbəkistan başçılıq edir. Tacikistan sonrakı yeri tutur. Amma pandemiya dövründə onların sayı xeyli azalıb. Xüsusilə özbəklər vətənində iş tapmağa üstünlük verir. Özbəkistanda sosial vəziyyətin müəyyən qədər yaxşılaşması vəziyyəti dəyişib. Təkcə 2020-ci ildə 300 minə qədər ortaasiyalının geri qayıtdığı bildirilir.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »