Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xankəndinin Azərbaycanın tam nəzarətinə qayıtması zaman məsələsidir”
Xankəndi

Elxan Şahinoğlu: “Azərbaycan Xankəndi, Xocalı, Ağdərə və Xocavənd istiqamətində qəti tədbirlərə başlamalıdır”

Bu gün xəbər verildiyi kimi Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Azərbaycan Müdafiə Nazirliyinin iyulun 14-də atəşkəsin pozulması ilə bağlı yaydığı növbəti qeyd edilir ki, iyulun 14-ü, saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Həmçinin Şuşa və Ağdam istiqamətində də mövqelərimizin atəşə tutulduğu barədə məlumat yayılıb. Məsələyə münasibət bildirən millət vəkili Rüfət Quliyev bildirib ki, Tovuz döyüşlərinin ildönümündə yeni təxribatlar təsadüfi deyil.

Rüfət Quliyev Rüfət Quliyev

“Ermənistan tərəfi növbəti dəfə çalışır ki, Azərbaycanı təxribata çəksin, nəticədə Azərbaycanın Ermənistana hücum etməsi kimi mənzərə yaratsın. Bir il əvvəl baş vermiş Tovuz döyüşlərində də məqsəd bu idi. Lakin Cənab Prezidentin dediyi kimi, dəmir yumruq düşmənin başına dəydi, Azərbaycan ordusu 30 il işğalda qalan torpaqları 44 günə azad etdi. Düşmənin bundan sonrakı təxribatları da öz adekvat cavabını alacaq”,- deyə deputat qeyd edib.

“Yenidən irimiqyaslı hərbi əməliyyatlar başlaya bilərmi?” sualına deputat belə cavab verib: “Xeyr, mən belə düşünmürəm. Rusiyanın da bu məsələdə mövqeyi bəllidir, digər beynəlxalq güclərin də. Ermənistan müəyyən təxribatlar törətsə də, müharibə bitmiş sayılır və zamanla, ərazilərimiz bütün silahlılardan təmizlənəcək”, - deyə R.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, Xankəndinin Azərbaycanın tam nəzarətinə qayıtması zaman məsələsidir. “Mən dəqiq müddət deyə bilmərəm, amma düşünürəm ki, yaxın gələcəkdə həmin ərazilər də tam şəkildə Azərbaycanın nəzarətinə qayıdacaq”, - deyə deputat əlavə edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu isə hesab edir ki, bu təxribatlar yeni zərurətdən xəbər verir.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Azərbaycan qəti şəkildə hərəkətə keçməli, öz ərazisini quldur-separatçı dəstələrdən tam təmizləməlidir. Bu təxribatlar Azərbaycana müxtəlif təzyiq məqsədi güdür, lakin belə təxribatlara son qoymaq üçün qətiyyətli tədbirlərə ehtiyac var”, - deyə şərhçi vurğulayıb.

Onun sözlərinə görə, Qarabağın taleyinin tam şəkildə həll olunması üçün, geniş miqyasda anti-terror əməliyyatlarının keçirilməsinə zərurət yaranıb.

Rüfət Əhmədzadə

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »