Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 15 iyul, 2021 – Xoş görüşlər və tanışlıqlar günü
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 15 iyul, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Hər hansı bir mürəkkəb və məsuliyyətli işi başlamazdan əvvəl bir az gözləməyə dəyər. Səhər bir az sonra əldə edə biləcəyiniz nəticəyə nail olmaq üçün lazım olduğundan çox enerji sərf edə bilərsiniz. Ancaq günortadan əvvəl xoş görüşlər və ruhlandırıcı tanışlıqlar da mümkündür.

Günortadan sonra tez öyrənmək, yeni medotları sınamaq və təşəbbüskar olmaq lazım gələn yerlərdə uğurlar vəd olunur. Vəziyyət nə olursa, olsun, irəliləməyə çalışın. Ulduzlar indi cəsarətli və inadkar olanları xüsusilə dəstəkləyirlər.

Qoç - Optimizm və özünə inam sizi böyük dərəcədə tamamlayır. Bu cəhətləriniz sayəsində başqalarının diqqətini cəlb edir və xoş təsir bağışlayırsınız. Ancaq bu gün tez-tez meylləndiyiniz qeyri-ciddilik əks nəticə verə bilər. Pula gəlincə, bu cəhətiniz xüsusilə nəzərə çarpacaq: ötəri istəklərin yerinə yetirilməsinə çox pul xərcləməyə meyllisiniz. Ağlabatan maliyyə planı bir çox problemdən çəkinməyə kömək edəcək.

Yaxınlarınızla və ümumiyyətlə, hər kəslə yaxşı münasibət quracaqsınız. Diqqətli olmağa dəyər: bu gün sizə yalnız görkəmli şəxsiyyətlər deyil, həm də şübhəli adamlar da yaxınlaşa bilərlər. Sirlərinizi hamı ilə bölüşməsəniz, yaxşı olar.

Buğa - Ətrafınızdakılarla asanlıqla ortaq bir dil tapır, daha əvvəl çəkişdiyiniz insanlarla da ünsiyyət qurur, ən sirli və gözlənilməz insanları da bir sözdən anlayırsınız. Potensial köməkçilərin necə tapıla biləcəyi, yeni müttəfiqləri necə cəlb edəcəyiniz tamamilə aydın olur. Tez-tez başqalarının fikir ayrılıqlarını həll etməyi bacarırsınız, aldadıcı detalları üzə çıxarırsınız.

Günortadan sonra maraqlarınızı qorumaq və çətin işlər görmək üçün əla vaxtdır. Daha əvvəl yarımçıq qalan işlərin öhdəsindən gələcəksiniz, çox faydalı bir tərcübə qazanacaqsınız.

Əkizlər - Ağlınıza gələn hər şeyi danışırsınız və çox vaxt yumşaq və ya incə danışmağa çalışmırsınız. Kiminsə sizdən  inciməsi ehtimalı var. Amma buna hazırsınız. Bir çox tanışlarınız ümumilikdə davranışınızı bəyənirlər. Bununla belə davranışınızda gözə dəyən nöqsanları aradan qaldırmaq faydalı olar. İncə davranışla vacib suallara dürüst cavab ala bilərsiniz.

Artıq çox enerji sərf etdiyiniz çətin bir işdə uğur qazanma şansınız olacaq. Bəzi Əkizilərə mane olanlar gözlənilmədən bu gün kömək edəcəklər. Vəziyyətdən uzunmüddətli bir planı həyata keçirmək və ya yaxın bir adamın əziz arzusunu yerinə yetirmək üçün istifadə edə bilərsiniz.

Xərçəng - Ulduzlar sizi dəstəkləyir və bir çox məqsədlərə nail ola bilərsiniz. Ancaq uğur öz-özünə gəlmir, çox çalışmağa hazır olun. İstədiyiniz nəticəni dərhal əldə etmək həmişə mümkün deyil. Maneələrin qarşısında geri çəkilməyin, uğursuzluq üzündən özünüzə inamınızı itirməyin. Yaxınlıqda kömək edə biləcək insanlar var; onlarla əlaqə qurmaqdan çəkinməyin.

Səhər saatları əvvəllər başladığınız işləri başa çatdırmaq üçün faydalı olacaq. Günün ikinci yarısı isə yeni bir işə baş vurmaq üçün uyğundur. Dərhal parlaq bir nəticə əldə edə bilməzsiniz, ancaq zaman keçdikcə uğura çatacaqsınız.

Şir - Səhər diqqətinizi cəmləmək, işə başlamaq çətin olacaq. Əhəmiyyətli bir işlə məşğul olsanız da, düşüncələriniz bəzən çox uzaqlarda gəzəcək. Ancaq durum sürətlə yaxşılığa doğru dəyişəcək. Günortadan dərhal sonra işə hazır olduğunuzu hiss edəcəksiniz. Başqalarının bacarmadığı işləri dəbacaracaqsınız.

Bütün gün ünsiyyət üçün əlverişlidir. Bəzən intuisiyanız sizə tamamilə yad bir adamı sevindirmək üçün nə deyəcəyinizi və ya edəcəyinizi izah edəcək.

Qız - Səy göstərməlisiniz, amma buna dəyər. Bu gün çox işlər sizin üçün çətin olacaq, amma çox çalışaraq ən vacib hədəflərə nail ola, xəyallarınızdakı nəticəni tam əldə edə bilərsiniz. Vaşqalarını tələsdirməlisiniz, onları razılaşmalara və vədlərə əməl etməyə çağırmalısınız.

Hədiyyələr və romantik sürprizlər mümkündür. Bir çox insanlar sizi razı salmaq istəyəcək və intuisiyanız sizə kimə diqqət yetirməli olduğunuzu səhvsiz deyəcək.

Tərəzi - Birgə fəaliyyət barədə kiminləsə razılaşmaq çətin ola bilər. Ancaq bunun əhəmiyyəti yoxdur, çünki özünüz hər şeyin öhdəsindən gələ bilərsiniz. Bu, başqalarının edə bilmədikləri ən çətin hallara da aiddir. Ancaq səbrli olmalısınız. Nəticələri istədiyiniz qədər tez əldə etmək həmişə mümkün deyil.

Nə olursa, olsun, sakit qalmağa çalışın. Sürprizlərə qarşı sakit və ironik münasibətiniz ətrafınızdakı hər kəs tərəfindən çox bəyəniləcək. Əvvəllər sizi aşağı qiymətləndirən insanlar çox şeyə qadir olduğunuzu başa düşəcəklər.

Əqrəb – Bu gün plansız və uğursuz alış-veriş etmək, ötəri istəkləri yerinə yetirmək üçün əhəmiyyətli məbləğdə pul xərcləmək  riskiniz var. Ağlabatan qənaət planı sizə darıxdırıcı görünə bilər, ancaq bunun sayəsində bir çox problemlərdən qaça biləcəksiniz.

Günün qalan hissəsi yaxşı keçəcək. Mürəkkəb məsələlərin də öhdəsindən mükəməəl şəkildə gələcəksiniz. Təcrübəniz kömək edəcək. Onun sayəsində hədəfə ən qısa yolu tapacaqsınız. Sevdiklərinizlə mübahisə etmək üçün bir səbəb yoxdur, hamı ilə yaxşı münasibət quracaqsınız.

Oxatan - İnsanlarla yaxşı münasibət qurursunuz, hamıya bir yanaşma tapırsınız. Bu, işlərinizdə çox kömək edir: çətin ki, kimsə istəklərinizi rədd etsin və ya sizə mane olmaq istəsin. İstəsəniz, münaqişədə olduğunuz insanlarla barışıq qura və ya köhnə əlaqələri bərpa edə bilərsiniz.

İşdə və evdə kiçik anlaşılmazlıqlar ola bilər, bəzi işlər gözlədiyinizdən daha çox vaxt aparacaq. Ancaq özünüzə inamlı və nikbin qalsanız, hər işdən uğur ala bilərsiniz. Günortadan sonra səyahətlər üçün əlverişli vaxtdır.

Oğlaq - Başqalarının hisslərini demək olar ki, öz hisslərinizdən yaxşı başa düşürsünüz. Bəzən başqalarının düşüncəsində nə olduğunu və sizdən həqiqətən nə gözlədiklərini anlamaq üçün bir neçə dəqiqə kifayət edir. Bu, ünsiyyəti xeyli asanlaşdırır, amma bəzən kinayəli ifadələrdən çəkinmək çətindir. Xüsusilə sizin üçün əziz olanları incitməməyə çalışın.

Gündəlik işlər darıxdırıcı görünür, amma yenə də o işləri görməlisiniz. Diqqətinizi yayındırmayın. İndi səhvlərdən qaçmaq vacibdir ki, sonradan onları düzəltməyə vaxt sərf etməyəsiniz və daha maraqlı bir işə köklənə biləsiniz.

Dolça - Tələsməyin. Günün başlanğıcı vacib və mürəkkəb işlərin öhdəsindən gəlmək üçün uyğun deyil. Səhv ehtimalı yüksəkdir və diqqətiniz dağınıq olacaq. Bəzi Dolçalar nəticə çıxarmağa tələsirlər.

Günün ikinci yarısı tamamilə fərqli olacaq: maraqlı, əlverişli və hadisələrlə zəngin. Yeni bir işə başlamaq üçün yaxşı zamandır. Nə qədər yaxşı alınacağını tez bir zamanda anlayacaqsınız. Romantik bir davam alacaq tanışlıqlar mümkündür.

Balıq - Özünüz və ətrafınızdakılar üçün vacib olan işləri görmək üçün yaxşı gündür. Boş söhbətlərə və uzun mübahisələrə vaxt itirməsəniz, çox şey əldə edə biləcəksiniz. Müstəqil hərəkət etmək birisi ilə əməkdaşlıq barədə razılığa gəlməkdən daha asan olacaq.

Günün ikinci yarısı çoxlarını təəccübləndirəcək hərəkətlərin vaxtıdır. Bu zaman bəzi Balıqlar ətrafdakılara əvvəllər özlərinin də bilmədikləri istedadlarını nümayiş etdirəcəklər. Liderlik keyfiyyətləriniz açıq şəkildə özünü büruzə verəcək, ümumiyyətlə, heç kimə əhəmiyyət verməyənləri də özünüzə cəlb edə bilərsiniz.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »