Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşləməyə gedəndə avtobus var, istirahətə gedəndə yox!
Bakubus

Qurban bayramı ilə bağlı iyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

Şəriətə uyğun olaraq qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər. Amma karantin ehtimalı bu bayramda da paytaxt sakinlərinin bayram sevincinə kölgə salır. Xüsusiən ictimai nəqliyyata möhtac olan kasıb təbəqənin. İyulun 18, 19, 20, 21- də ictimai nəqliyyat (metro da daxil olmaqla) işləməyəcək.

İyulun 17-si isə şənbə günü olmasına baxmayacaq işləyəcək, çünki şənbə günü ilə 1-ci günün iş yerləri dəyişib. Bu rəsmi məlumata oturub bir az başqa prizmadan baxanda görürəsn ki, işləməyə gedəndə avtobus var, istirahətə gedəndə yoxdu. Qul əməyidir, ya nədir bu?

Həftə boyu işləyib gözümüzü həftə sonuna dikirik ki, bazara-dükana gedək, üst-baş alaq, heç nə almağa pul yoxdursa belə, həftənin stresini üstümzdən atmaq üçün təmiz hava alaq, bulvara çıxaq, dənizi, səmanı görək, gözümüz, könlümüz açılsın bir az. Onsuz da bahalaşma bir yandan, cəbhədən gələn təxribat xəbərləri bir yandan, gündəlik məişət qayğılarımız bir yandan belimizi vaxtsız-vədəsiz büküb.

İş yerləri açılıb, toylara məhdudiyyətlə olsa da, icazə verilib, peyvənləmə də gedir, yayın gəlişi ilə xəstəliyin gedişatında bir xeyli zəifləmə müşahidə olunub. Çempionat keçirildiyi dönəmdə BNA az qala hər turistə bir xüsusi qırmızı avtobus ayırırdı, bəs indi niyə bizi piyada qoyur, nəyi gözləyir? Həftə sonu avtobus və metro işləməməklə qənaət rejiminə keçib? Yoxsa hamının sual verərək çürütdüyü bu ifadəni mən də işlədim, xəstəlik ancaq həftə sonu avtobuslarda gəzir, onun qarşısını alırıq?

Bir məntiqli açıqlaması olan varsa, desin. İnsanın istirahət hüququ var və buna ehtiyacı var. Rayonlara gedə bilməyənlər bu ehtiyacı şəhər bağlarında, parklarında bir iki saatlıq zaman keçirməklə ödəyir, insan üzü görür, öz günlük dərd-sərini bir qədər unudur. Yoxsa elə bilirsiniz ki, bütün Bakının hər bir güşəsi bulvar qədər gözəl, Tarqovı qədər təmizdir. Kasıb-kusubun yaşadığı arxa məhəllələr, tozlu dar küçələr, abad edilməmiş gecəqondu həyətlər, yollar dincəlməyə imkan vermir, arada bir başını götürüb mərkəzə qaçmaqla öz balaca dünyasından qopmaq istəyir insan. Hava alacam deyib bir gün üçün taksiyə 20 manat xərcləmək uzağı 600 manatla ailəsini dolandırmalı olan işçi sinfinin cibinə görə deyil. Yenidən bağlanacaqsa, yenidən sərt karantinə girəcəyiksə, barı ona qədər doya-doya nəfəs almaq imkanımız yaransın. Yox əgər bağlanmayıb, hamımızı Marafon yarışlarına hazırlayırsınızsa, xəbər edin, gedək barı əynimizə abırlı bir idman paltarı alaq. Beynəlxalq aləmdə biabır olmayaq deyə.

İlhamə Rəsulova

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »