Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Heydər Əliyev Qarabağ erməniləri üçün əlverişli şərait yaratmışdı”
Xankəndi

Musa Qasımlı: “Erməni şairlər Vaqif poeziya günlərinə gəlib Azərbaycan dilində şeir deyirdilər”

Bu gün Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin Azərbaycan SSR-in KP MK-sının 1-ci katibi kimi hakimiyyətə gəlişinin 52-ci ildönümüdür.

Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi.

Azərbaycanın o dövrdəki neqativ reallıqların təhlili, bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması, ittifaq ölkəsində böyük hadisəyə çevrildi. Plenumda ulu öndər Heydər Əliyev o dövr üçün çox cəsarətli ideyalar irəli sürdü, dəqiq fəaliyyət proqramı müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə məşhur avqust plenumunun keçirilməsi ölkədəki iqtisadi vəziyyətin təhlili üçün yeni imkanlar açdı. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı. Plenumda təxirəsalınmaz işlərin başlanması, sənayedə, tikintidə, kənd təsərrüfatını əhatə edən məqsədyönlü dəyişikliyin vacibliyi bütün səlahiyyətli şəxslərin qarşısında vacib məsələ kimi qətiləşdirdi.

Həmin dövrdə statistik göstəricilərin ilbəil azalması, rəhbərlikdə təmsil olunan şəxslərin səriştəsizliyi ölkənin zəhmətkeş kütləsinin həyat tərzini pisləşdirmişdi. Azərbaycan ittifaq respublikaları arasındakı iqtisadi inkişaf tempinə görə geri qalırdı. Zəngin təbii sərvətlərə malik bir torpağın üzərində gəzən azərbaycanlının, sərvəti özünün yox, başqalarının mənafeyinə xidmət edirdi. Bu məsələlər kimi aktual hesab olunan iqtisadi tənəzzülün dayandırılması daha yeni formada ulu öndər Heydər Əliyev tərəfindən əhatəli quruculuq yoluna qədəm qoydu.

Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi.

Bu mövzuda Bizimyol.info saytına danışan millət vəkili, tarix elmləri doktoru Musa Qasımlı bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan SSR-inin həyatında canlanma dövrünün başlanması demək oldu.

Musa Qasımlı

O, H.Əliyevin dövründə həmçinin Qarabağda bir çox abadlaşdırma işlərinin görülməsi, yeni iş yerlərinin açılması və Azərbaycan və erməni icmaları arasında normal münasibətlərin təminatı üçün işlər görüldüyünü qeyd edib.

“Şuşada Cıdır düzündə Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqifə 18 metrlik məqbərə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə ucaldılıb və 1982-ci il yanvarın 14-də qarlı-çovğunlu havada açılıb. Sonralar hər il şəhərdə Vaqif poeziya günləri keçirilib. Həmin poeziya günlərində erməni şairlər Azərbaycan dilində şeirlər deyiblər”, - deyə M.Qasımlı vurğulayıb.

Onun sözlərinə görə, 1970-ci illərdə azərbaycanlı-erməni münasibətlərini pozmaq məqsədilə bəzi təxribatçı hərəkətlər olsa da, iki xalq bir yerdə yaşayıb.

"Ermənilər Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə "Marağa-150" abidəsini də qoymuşdular. Sonralar baş verən hadisələr zamanı onu dağıtdılar. Azərbaycan hakimiyyəti ermənilərə həmişə qayğı göstərib. Ağdam-Xankəndi dəmiryolunu tikərək istifadəyə verib. Ermənilər üçün sosial-iqtisadi və mədəni inkişaf üçün əlverişli şərait yaradıb", - deyə millət vəkili əlavə edib.

Ayxan Altay

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »