Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Polad Həşimovun ölümü regionda ciddi proseslərə təkan verdi”
Səmayə Həşimova - Polad Həşimovun anası

Bu gün general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin Tovuz döyüşlərində şəhid olmasından bir il keçir.

1975-ci ildə Sumqayıtda doğulmuş Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindəndir.

Elə aldığımız məlumata görə onun nəşi də bu saatlarda o kəndə aparılır.

Polad Həşimov Sumqayıtda məktəbi bitirib. Sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alınb və təhsilini Türkiyədə davam etdirib.

Polad Həşimov 1992-94-cü illərdə Birinci Qarabağ müharibəsində, habelə 2016-cı ildə Aprel müharibəsində iştirak edib. Sağlığında bir sıra mükafatlar, ordenlər alan, 2019-cu ildə general-mayor rütbəsində yüksələn şəhid zabitimiz ölümündən sonra, Azərbaycan Prezidenti 2020-ci ilin 9 dekabr sərəncamı ilə “Qızıl ulduz” ordeni və Milli Qəhrəman adı ilə təltif olunub.

Xatırladaq ki, Polad Həşimovun nəşi əvvəl Sumqayıta, sonra Bakıya gətirilərkən, minlərlə insan küçələrə axışaraq, onunla vidalaşmağa gəlmişdi.

Şəhid generalın ölümü bir çox ekspertlər tərəfindən Azərbaycan cəmiyyətində bir canlanmanın, habelə, Qarabağ münaqişəsində yeni bir mərhələnin başlanması kimi dəyərləndirilir.

Təsadüfi deyil ki, ötən il Tovuz hadisələrindən sonra minlərlə Azərbaycan vətəndaşı orduya könüllü yazıldı. Sentyabrın 27-də müharibə başladıqda isə, hətta xaricdə olan bəzi həmvətənlərimiz da ölkəyə qayıdaraq, döyüşlərə könüllü getdilər.

Bu mövzuda Bizimyol.info saytına danışan şərhçi, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Tovuz döyüşləri, habelə general-mayor Polad Həşimovun ölümü Azərbaycan xalqını ayağa qaldırdığı kimi, regionda da ciddi proseslərə rəvac verdi.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“General-mayor Polad Həşimovun ölümü cəmiyyətimizdə bir qığılcım effekti verdi və bütün xalq ayağa qalxaraq, Qarabağ probleminin biryollu həllini tələb etdi. Bu hadisələr regionda da ciddi proseslərə yol açdı. Həmçinin, ordudakı islahatlar və hərbi əməliyyatlara hazırlıq bir sosial sifariş olaraq meydana çıxdı. Xalq daha işğala dözmək istəmirdi. Çünki illər boyu sürən danışıqlar fayda verməmişdi. Beynəlxalq birlik də bu məsələnin həllini sanki bilərəkdən uzadırdı”, - deyə E.Şahinoğlu vurğulayıb.

Tovuz hadisələrindən əvvəl, Mübariz İbrahimov nümunəsindən də söz açan ekspert qeyd edib ki, xalq öz qəhrəmanları ilə ruhlanır, özündə güc tapır.

“Azərbaycan xalqının birliyində, ordumuzun torpaqları azad etməsində Mübariz İbrahimov və Polad Həşimov kimi qəhrəmanlarımızın böyük payı oldu”, - deyə E.Şahinoğlu əlavə edib.

Rüfət Əhmədzadə

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »