Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rang Rover"lə ölümlə nəticələnən qəza törədən məmur oğluna HÖKM OXUNDU
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimyol.info avtosfer.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə E.İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub və o ölüb.

Son xəbərlər
Bütün xəbərlər »