Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmtahanda sualları zaldan çıxarmağa cəhd edən müəllimin nəticəsi ləğv olunub
Müəllimlərin imtahanı

Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə iyulun 13-də saat 09:00 seansında riyaziyyat fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən birinin sualları imtahan zalından çıxarmağa cəhd göstərdiyi müəyyən olunub.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən verilən məlumata görə, aparılan videomüşahidə nəticəsində namizədin Göygöl rayonu Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova olduğu müəyyənləşdirilib, imtahan nəticəsi ləğv olunub və barəsində müvafiq cəza tədbiri görüləcək.

Eyni zamanda, imtahan rəhbəri - Gəncə şəhər 37 nömrəli tam orta məktəbin direktoru Nail İmranov və məsul nəzarətçi şəxs imtahan mərkəzindən kənarlaşdırılıb və barələrində müvafiq cəza tədbirləri görüləcək.

Qeyd edilib ki, müsabiqənin keçirildiyi dövr ərzində hər il test imtahanı mərhələsində imtahan seansları üzrə yeni sual setləri təqdim olunur və seanslar arası imtahan setlərində tapşırıqlar məzmun etibarilə bir-birindən tamamilə fərqlənir.(apa)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »