Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda əməliyyat olunmağa girən kişi narkozdan ölüb
həkim -   əməliyyat

Bakı şəhəri, Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölüm hadisəsi baş verib.

Bu barədə ölən şəxsin oğlu vətəndaş Vüsal Həsənov məlumat verib.

O bildirib ki, atası 56 yaşlı Həsənağa Həsənov həkim səhlənkarlığı nəticəsində vəfat edib:

“Dünən səhər atam öd daşı əməliyyatına girməli idi. Əməliyyat öncəsi bütün analizləri verdik, hər şey normal idi. Deyə-gülə əməliyyata saldıq. Heç 10 dəqiqə keçməmiş ölüm xəbəri gəldi”.

Şikayətçinin iddiasına görə, atası narkozun çox verilməsi səbəbindən vəfat edib:

“Narkoz verən həkimin adı da Esmiradır. Hadisədən sonra prokurorluq əməkdaşları gəldi, meyit yarıldı və ekpertiza edildi. Cavabın nə zaman çıxacağını bilmirik”.

Həkim Əziz Mərdiyev bildirib ki, o, xəstəni əməliyyat etməyib:

“Əməliyyat otağına girdim ki, xəstə qaralıb, narkoz stolunda ölüb. Mən heç bir müdaxilə etməmişəm. Narkozdan sonra trombdan vəfat edib. Meyit ekspertiza tərəfindən müayinə olunub. Ölüm səbəbini onlar dəqiqləşdirəcək”.(report)

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »