Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşa atəşə tutuldu – Sülhməramlı işğalçı hara baxır?
Şuşa şəhəri

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Ağıla gələn ilk sual budur, sülhməramlılar hara baxır və orda yerləşməkdə məqsədləri həqiqətən sülhməramlılıq missiyasıdır? Nə qədər sürəcək bu gərginlik? Səksəkə nə zaman bitəcək? Görünür Tovuz hadisələrinin il dönümündə həmişəki erməni təxribatının əsası təkcə İrəvanda yox, bir neçə gün öncə Şuşaya səfərdən imtina edən səfirlərin vətənində qoyulub.Qələbə var, lakin ikili stardartlar, ikiüzlü yanaşmalar davam edir. Səfərdən imtina ölkələr ATƏT-in Minsk Qrupunun 3 həmsədri, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 5 üzvündən 4-ü və Avropa İttifaqının əsas ölkələridir. Bu ölkələrin Şuşa ilə bağlı bu ehtiyatlı davranışı əslində nə deməkdir?

Siyasi şərhçi Turab Rzayev hesab edir ki, Fransa, Rusiya və ABŞ səfirləri ilə yanaşı Böyük Britaniya və Almaniya səfirlərinin də Şuşaya səfərdən imtina etməsi bizim üçün xoş hal deyil və bu məsələdə Qərbin 4 aparıcı ökəsi ilə Rusiyanın maralarının üst- üstə düşməsi narahatlıq doğurmalıdır.

Turab Rzayev Turab Rzayev

O qeyd edib ki, bu dövlətlərin Bakıdakı nümayəndəliklərinə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb tanımamaqları ilə bağlı açıq və sərt sorğu göndərilməlidir. Sözügedən dövlətlər Dağlıq Qarabağ anlayışını saxlamaq, ona muxtariyyət statusu verməklə yetinməyib, Şuşa və Hadrutu da eyni statusda görmək istəyirlər və buna Azərbaycan tərəfi susmamalıdır.

“Təcili olaraq BMT TŞ 4 daimi üzvünün və Almaniyanın Bakıdakı səfirliklərinə sual konkret qoyulmalıdır: Azərbaycanın ərazi bötüvlüyünü tanıyırıq dedikdə, Dağlıq Qarabağı da Azərbaycan ərazisi kimi nəzərdə tutursunuz ya yox?”

Ekspert hesab edir ki, həmin dövlətlərlə münasibətlərin səviyyəsini bu sualın cavabından sonra müəyyən etməlidir. Maraqlıdır ki, Şuşaya səfərlərin təşkili Ermənistan XİN tərəfindən hay -küylə qarşılandı, təcili daş atıb başlarını tutudular ki, “ ay haray, ay mənim sahiblərim, oyanın, qışqırmağa bəhanə tapmışam”.Həyasızlıq o həddə çatdı ki, bizə nota belə göndərdilər.

Və nəhayət Azərbaycan XİN gec də olsa düşmənə layiqli cavab verdi: "Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz.Ermənistan XİN-i nota tərtib edərkən ən azından nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir. Görünür, Ermənistan XİN-ində rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də öz təsirini göstərir. Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir".

Bu günkü atəşi, səfirlərin Şuşaya getməkdən imtinasını və İrəvanın sərsəm notasını cəmləsək aydın olar ki, bu addımlar bir- birləri ilə əlaqəsiz deyil. Seçkilər başa çatdıqdan sonra Ermənistan yenidən başını girdiyi dəlikdən çıxarmaqdadır.Və həm də yenə öz xoşuna deyil, havadarlarının təhrikilə.

İlhamə Rəsulova

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »