Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanda maraqlı olan ölkələr  - “Əfqanıstanda qeyri-sabitlik daha da artacaq”
Əfqanıstan

ABŞ-ın Əfqanıstandan çəkilmək qərarı verməsindən sonra NATO əvəzinə Əfqanıstanda qalacaq əsas qüvvə Türkiyənin olması dünya mətbuatının əsas gündəmində olan mövzulardandır. Verilən məlumatlara görə Türkiyənin Əfqanıstandakı əsas missiyasına daxil olan Əfqanıstanın paytaxtı Kabul şəhərində yerləşən Həmid Kərzai adına hava limanıdır.

Demək olar ki, Taliban silahlı qruplaşması ölkənin əksər hissəsinə nəzarəti öz əlində saxlayır və getdikcə də Talibanın nəzarət dairəsi genişlənir.

“Türkiyə üçün Əfqanıstanda stabilliyin yaranması, Türkiyənin bu missiyanı daha rahat və təhlükəsiz yerinə yetirməsi bir neçə məsələ baxımından böyük əhəmiyyətə malikdir. Birincisi, Talibanın hakimiyyəti ələ almasından sonra ölkədən xaricə, xüsusilə də Türkiyənin özünə böyük köç dalğasının başlamasının qarşısı alına bilər. İkincisi, Türkiyənin mərkəzi Asiyada mövqelərinin güclənməsi prosesi sürətlənə bilər və regionun Çin və Rusiyanın nüfuz dairəsinə keçməsinə tam şəkildə icazə verilməz. Üçüncüsü, regionda baş tutacaq regional və beynəlxalq layihələrdə Türkiyənin iştirakçılıq payı daha da artacaq”.

Bu fikirləri siyasi şərhçi Samir Hümbətov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Türkiyənin Əfqanıstanda belə missiyanı qəbul etməsi həm də ABŞ tərəfindən məmnuniyyətlə qarşılanan məsələlərdən biridir.

Samir Hümbətov Samir Hümbətov

“Burada vacib olan digər önəmli məsələ isə proseslərin sonunda Əfqanıstana kimin sahib olması və onun təbii resurslarından daha çox kimi faydalanmasıdır. Təbii ki, son illər verilən statistik məlumatlara baxsaq, Əfqanıstana ən çox Çinin investisiya qoyduğunu görmək mümkündür. Çinin son illər Əfqanıstana qoyduğu investisiyaların həcmi təqribən 3 milyar dollardan artıqdır ki, bunun da əsas hissəsini mədən sənayesinə qoyulan investisiyalar təşkil edir.

Rusiya Əfqanıstana böyük həcmdə investisiya qoymasa da, KTMT-yə qonşu olduğu üçün orada stabilliyin tərəfdarıdır. Bu məqsədlə bir neçə gün öncə Talibanın Qətərdə yerləşən ofisinin rəbhəbrliyi ilə Moskvada görüş keçirdi və mümkün qədər başa salmağa çalışdı ki, çalışın qırmızı xəttləri taptalamayın.

Burada digər maraqlı ölkə isə Hindistandır. Son illər Əfqanıstana investisiya qoyan ölkələr sırasında Hindistan da var. Ona görə də Hindistan Əfqanıstanda sabitliyin olmasının tərəfdarıdır. Nəzər alsaq ki, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri həm də Əfqanıstandan keçir və Hindistanın qaz tədarükündə önəmli rola malikdir, o zaman Hindistanın narahatlığını başa düşmək olar. Hindistan üçün digər narahatedici məqam Taliban və Pakistan arasında yaxşı münasibətlərin mövcud olmasıdır.

Uzun illər Əfqanıstanla, xüsusilə də Talibanla gərgin, hətta düşmənçilik münasibətlərinə malik olan İran da Əfqanıstanda sabitliyin tərəfdarıdır. İran Əfqanıstana hansısa böyük və ciddi investisiya qoymayıb, amma İran üçün önəmli olan sərhəddində ciddi təhlükənin olmamasıdır. Ona görə İran Taliban rəhbərliyini dil tapmaq üçün Tehrana dəvət etdi və onlarla söhbət apardı”.

Saiyasi şərhçinin sözlərinə görə, Türkiyə şirkətlərinin son illər Əfqanıstana qoyduğu vəsaitlərin həcmində ciddi artım var və eyni zamanda Türkiyə üçün Əfqanıstanda stabilliyin olması köç dalğasının olmaması deməkdir.

“Türkiyənin Talibanla dil tapıb Əfqanıstanda mövqeyini gücləndirməsi, "Bir kömər, bir yol" layihəsinin icrasına müsbət təsir göstərə bilər ki, bu da Çinin də Türkiyəyə ehtiyacını artırır.

Son günlər isə Əfqanıstan silahlı qüvvələri Talibana qarşı hava zərbələrində daha geniş miqyasda istifadə edir. Yayılan məlumatlara əsasən Taliban rəhbərliyi Türkiyənin Əfqanıstanda qalmaq qərarına yenidən baxması haqqında çağırış edib. Taliban tərəfi bildirib ki, "Türkiyəyə çağrış edirik. Əfqanıstanda qalmaq məsələsinə yenidən baxsın. Əfqanıstanda xarici qüvvələrin qalmasının tərəfdarı deyilik".

Görünən odur ki, Əfqanıstanda qeyri-sabitlik daha da artacaq”.

Leyla Mirzə

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »