Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəmiz, zəfərimiz Tovuz hadisələrindən başladı
Müharibə - Düşmən hədəfməri

Tovuz döyüşlərinin ildönümüdür. 2020-ci ilin iyulun 12-dən- 17-nə qədər davam edən bu döyüşləri Vətən müharibəsinin başlanğıcı adlandırmaq olar. Günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində  hücuma başlayıb.Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.Ərazi itkisi olmayıb.

Tovuz hadisələri barədə bizimyol.info-ya danışan araşdırmaçı jurnalist Elçin Alıoğlu bildirib ki, bu  döyüşlər erməni yalanının sonu, Azərbaycanın Vətən müharibəsində yumruq kimi birləşməsinin başlanğıcı oldu.

Elçin Alıoğlu Elçin Alıoğlu

“General şəhid olub, xalq gərgindir. Analar II Dünya Müharibəsində olduğu kimi öz oğullarını hərbi komissarlıqlara aparırdılar.Çağırış yaşı çatan da çatmaan da hamı döyüşmək istəyirdi. Xalq anlamışdı ki, dövlət ordu və halkimiyyətin bir olduğu zamandır.Xalq döyüş istəyirdi və Ali Baş Komandanın ətrafında birləşmişdi. Polad Həşimovun şəhadəti səbr kasasını daşıran son damla oldu. Ermənilər düşünürdülər ki, iradəmizi qırıblar, amma reaksiya çox fərqli oldu.Tovuz döyüşləri göstərdi ki, Azərbaycan ordusunun hazırlığı,  hərbi təminatı ermənilərdən qat -qat üstündür. Bundan öncə və elə müharibə günlərində də Ermənistan Hərbi Akademiyasının əməkdaşı  Hovanesyan hər gün Ermənistanda brifinq  keçirirdi. Hər gün onlarla  PUA-mızın vurulduğunu deyirdi. Onun sözlərinə görə  iyul döyüşlərində  və 44 günlük müharibədə Azərbaycanın itkiləri I Dünya Müharibəsinin ən qanlı döyüşü olan Verden savaşındakı itkilərə bərabərdir. Bizim itirdiyimiz tankların sayı post-sovet məkanı ölkələrinin ümumi tanklarının 80 faizini təşkil edirmiş.Yalanlar ermənistanın məğlubiyyətinin əsasını qoydu. İyul döyüşlərində biz Ermənistanın siyasi əxlaqsızlığını, qəddarlığını gördük. Hərbi obyektləri qoyub Tovuzun 6 kəndini atəşə tuturdu. Hədəf kəndi panikaya salıb boşaltmaq idi. Lakin kənarda olan tovuzlular belə geri qayıtmağa başladı. Bizim vətən müharibəmiz sentyabrın 27-də yox, iyulun 13-də başladı.

Ermənilərin bir məqsədi də Tovuzdan keçən enerji xətlərini hədəf almaq idi. Bunu David Tonoiyan ABŞ- da səfərdə olarkən üstüörtülü vurğulamışdı.O bəyan etmişdi ki, biz bundan sonra yeni  hərbi əməliyyatlar aparacaq, yeni torpaqlar əldə edəcəyik. Söhbət Azərbaycandan gedirdi. Həmin ərəfədə Ermənistan  hərb maşını, müdafiə naziri Paşinyana tabe deyildi və müstəqil fəaliyyət göstərirdilər. Bir çox dövlətlər  Ermənistanı güclü şəkildə dəstəklədi. Iyul döyüşlərindən sonra  Rusiya 413 ton hərbi sursatı qanunsuz şəkildə Ermənistana daşıdı.Gürcüstandan Ermənistana 68  həbi KAMAZ keçirildi, bu reaktiv yayılm atəşləri üçün nəzərədə tutulan  texnika idi. Serbiya çoxlu sayda minatan  qurğuları  və mərmiləri göndərdi. Sonradan Serbiyanın naziri bunu etiraf etdi . Halbuki ölkəmizdəki Serbiya səfiri XİN-ə çağrılanda xəbərsiz olduğunu demişdi. İranın fəaliyyətini gördük. Bu döyüşlər maksaları yırtdı, dostluq altında  gizlənən düşmənlərin kimliyini aşkarladı”,- deyə ekspert qeyd edib.

“Niyə hədəf olaraq məhz Tovuz rayonu seçildi?” sualını cavablandıran Alıoğlu bildirib ki, bu təsadüf deyildi.

“İyulun 4-də Ermənistanda artıq   döyüşlərə hazırlıq başlanmışdı. Ağır  texnika iri çaplı silahlar Tovuz istiqamətinə yığılmışdı. Məqsəd Qara qaya yüksəkliyindən irəliləyərək Bakı -Ceyhan kəmərini vurmaq idi.   Münaqişə Qarabağdan çıxıb əhatəsini böyüdəcəkdi. Danışıqlar zamanı yalnız Qarabağ deyil,  həm də Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin müzakirəsini masaya oturtmaq isi. Məqsəd zaman qazanmaq, status-kvonu uzatmaq  idi”,- deyə o qeyd edib.

İlhamə

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› "Televizorda özünü görüb soruşdu ki, bu aktyorun adı nədir..."
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› Atatürkə qarşı böyük hörmətsizlik
Son xəbərlər
Bütün xəbərlər »