Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər yenidən atəşkəsi pozdu – Sülhməramlıların məramı nədir?
Rusiya sülhməramlıları Qarabağda

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Məlumatda qeyd olunur ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

“Qarabağdakı əli silahlı erməni separatçıları əvvəlcə Ağdama doğru ona görə atəş açdılar ki, bizə “yenidənqurma işlərinizə mane olacağıq” demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər”.

Bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, özləri şərait yaradırlar və Moskva Bakının izahat tələblərini qulaqardına vurur.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Burası aydındır. Biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur. Müharibədə qələbə çalmışıq, ancaq bu təxribatların davamı göstərir ki, münaqişə hələ bitməyib.

Münaqişə o zaman bitəcək ki, Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar, Qarabağdakı erməni separatçıları tərksilah olacaqlar, Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq, Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq.

Bunları həyata keçirmədən münaqişənin arxada qaldığını söyləmək erkəndir”,-deyə siyasi şərhçi bildirib.

Siyasi şərhçi Məhəmməd Əsəsdullazadənin sözlərinə görə, Ağdam, Ağdərə və Şuşa istiqamətində erməni silahlılarının mövqelərimizə atəş açması Rusiyanın planıdır.

“Rusiya prezidenti Vladimir Putinin imza atdığı və mürəkkəbi qurumamış üç tərəfli Bəyannaməni pozur.

Ermənilərin bu təxribatlari Azərbaycanın maraqlarına cavab verir. Yarımçıq qalan isi bitirək. Ümumiyyətlə Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi qeyri- müəyyən müddətə mümkün deyil”.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ağdam, Ağdərə və Şuşa istiqamətində erməni silahlılarının mövqelərimizə atəş açması Rusiyanın planıdır. “Rusiya prezidenti Vladimir Putinin imza atdığı və mürəkkəbi qurumamış üç tərəfli Bəyannaməni pozur. Ermənilərin bu təxribatlari Azərbaycanın maraqlarına cavab verir. Yarımçıq qalan isi bitirək. Ümumiyyətlə Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi qeyri- müəyyən müddətə mümkün deyil”.

Leyla Mirzə

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Avqustda bürcləri nə gözləyir...
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
Son xəbərlər
Bütün xəbərlər »