Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya jurnalistləri də Ermənistanı müdafiə etməkdən beziblər
İrəvanda Respublika meydanında mitinq

2018-ci ildə Ermənistandakı inqilabı və xalqın etirazını işıqlandıran rusiyalı jurnalist Aleksey Romanov Ermənistanın gələcəkdə yeni böhranla qarşılaşacağını bildirib. Romanov Ermənistanın bir müddət sakit inkişaf etmək imkanının olduğunu, lakin bunun uzun sürməyəcəyini və gec-tez ölkədə yeni böhranın olacağını söyləyib. Buna səbəb kimi inqilabdan sonra ölkənin seçdiyi inkişaf istiqaməti Rusiyanın getdiyi yolla qətiyyən üst-üstə düşməməsini göstərib.

Aleksey Romanov qeyd edib ki, bu gün Ermənistan Rusiyadan çox asılıdır: “Ermənistanın sərhədləri bizim Federal Təhlükəsizlik Xidməti tərəfindən qorunur. Hava sərhədi də, Rusiyanın nəzarətindədir. Rusiya qazı, elektrik enerjisi, dəmir yolu – Ermənistan bütün bunlardan asılıdır. Ancaq bununla yanaşı yanlış istiqamətə hərəkət edir” – deyə jurnalist bildirib.

“Hətta Paşinyanın yan yörəsində gəzən rus jurnalistlər də Ermənistandan bezib”.

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlırinə görə, belə jurnalistlərdən biri də Aleksey Romanovdur.

Tural İsmayılov Tural İsmayılov

“Romanov Qarabağ döyüşlərindən sonra İrəvanda Rusiya əleyhinə mitinqləri də çəkib öz bloqunda paylaşırdı. Bu dəfə Romanov özü Ermənistanın Rusiyanın vassalı olduğunu tam etiraf edib.

Hələ sabah güzəştli və qarşılıqsız ərzaq talonları və başqa istəkləri olacaq və onda Romanov kimi digərləri də bu məsələlərə seyirçi olmayacaq”.

Leyla

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »