Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva terror təşkilatı ilə danışıqlara gedir: "Bu günkü vəziyyəti öncədən görmüşdük"
Kreml, Moskva, Rusiya

ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması, ölkədə Taliban hərəkatının hakimiyyətə gəlməsi fonunda bir çox ekspertlər qeyd edirdilər ki, taliblərlə Rusiyanın başı dərdə girəcək.

Hətta ABŞ-ın böyük plan hazırlayaraq qoşunlarını geri çəkməklə Rusiyanı Talibanla təkbətək qoyduğunu, rusları taliblərin əliylə vurmaq istədiyini deyənlər var. Görünür, bu ehtimalı Rusiya da göz önünə alıbmış ki, bu günə hələ düz 7 il öncədən hazırlaşmağa başlayıbmış. Belə deməyə Putinin xüsusi nümayəndəsinin açıqlamaları əsas verir. İndi Əfqanıstanda Amerikanı Türkiyə və Pakistan təmsil edəcəksə, (Türkiyə ilə hərbi əməkdaşlığımızı nəzərə alaraq Azərbaycan kontingentinin də orada olma ehtimalı yox deyil) xristian ölkələrin xüsusi xidmət orqanlarının hazırladığı plan müsəlmanı müsəlmana qırdırmaq, Türkiyəni Əfqanıstanda zəif salmaq cəhdi kimi də görünə bilər. Hədəf Rusiyanı vurmaq idi, lakin görünən odur ki, Rusiya özünə yönəlmiş zərbələrdən aykido fənni kimi istifadə edib, qarşı tərəflərə zərbə endirmək üçün istifadə edə bilər.

“Moskva hələ 7 il öncə taliblərlə kontakt qurmağa çalışaraq regionda təhlükəsizlik məsələlərindən narahatlıq duyduğunu ifadə etməyə çalışıb. Bu fikirləri Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov səsləndirib. O qeyd edib ki, 8-9 iyulda Taliban hərəkatının nümayəndə heyəti Rusiyada səfərdə olub.

Kabulovun sözlərinə görə, rəsmi Moskva hələ bir neçə il öncə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının vəziyyəti kəskinləşdiriəcəyini demişdi.

“Hər şeyi adı ilə çağırmaq lazımdır. Biz bu günkü vəziyyəti öncədən görmüşdük, buna görə 7 il əvvəl Talibanla əlaqələr qurmuşduq. İndi söhbət taktiki fəaliyyətdən gedir. Bir neçə il öncə Əfqanıstanda Amerika hərbi bazalarının şəbəkəsi qurulmuşdu, onların çoxunun Əfqanıstandakı strateji vəziyyətlə əlaqəsi yox idi, onlar bütün regiona, o cümlədən Mərkəzi Asiya , İran, Pakistan, Çin və Reusiyaya güc göstərirdilər. Bəs bu gün hanı o bazalar? Onlar yoxdur. Bununla da hər şey deyilmiş sayılır”,- deyə Kabulov bildirib.

O əlavə edib ki, Moskva taliblərlə əlaqə yaratmasaydı, indi dialoqa girmək çətin olardı.

“7 il öncə biz taliblərlə aramızda körpü salmasaydıq, indi kiminlə masaya oturardıq? Rusiya Əfqanıstandakı istənilən güclə danışıqlar aparmağa qadirdir”,- deyə diplomat qeyd edib.

2020-ci ildə ABŞ və Taliban 18 illik müharibədən sonra sülh sazişi imzaladı. Sazişə əsasən, ABŞ qoşunlarını Əfqanıstandan çıxarmalıdır. Qoşunlar sentyabrın 11-nə qədər ölkə ərazisini tərk etməlidir. Taliblər artıq Əfqanıstan ərazisinin 70 faizini ələ keçiriblər.

İlhamə Rəsulova

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »