Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun iki ştammına eyni vaxta yoluxanda nə baş verir?
koronavirus

Dünyada koronavirusun iki ştammına eyni anda yoluxmaya dair onlarla fakt qeydə alınıb. Bu yoluxmalardan yalnız bir neçəsində pasiyent ölüb. Lakin mütəxəssislər nəticə çıxarmağa tələsmirlər. ÜST-ün hesabatları əsasında dünyanın müxtəlif ölkələrinin təcrübələrinin nəticələrini təqdim edirik:

Rusiyada kəskin qrip virusu ilə daxil olmuş 90 yaşlı qocada testlə koronavirus aşkarlanmasa da, ölümündən sonra aparılmış tədqiqatlar 8 gün reanimasiyada qaldıqdan sonra onda SARS-la yanaşı kovidin də meydana gəldiyini müəyyənləşdiriblər.

Belçikada da eyni şəkildə 90 yaşlı xəstə öldükdən sonra onların yoluxduğu SARS-CoV-2 ştammlarını sadəcə, koinfeksiya adlandırmağa başladılar. Britaniya və Afrika ştammlarına (alfa- beta) yoluxmuş xəstə 5 gün sonra həyatıı itirdi.

Koinfeksiyaya yoluxma Bankok, Tailand, Hindistan və ABŞ-da da qeydə alınıb. Aparılan müşahidələr belə deməyə əsas verib ki, birinci dəfə virusa yoluxub, əlamətləri özünü göstərməyən, xəstələnməyən şəxslər ikinci dəfə yoluxduqda hər iki ştammın əlamətlərini göstərərək xəstələnə bilirlər.

Təkrar və ikili yoluxma faktları az olsa da, var. Testlər zamanı ikili ştammlar özünü göstərmir, alimlər müxtəlif ştammların eyni orqanizmdə xəstəliyin gedişi zamanı simptomları necə dəyişdiyini, residivlərin nədən baş verdiyini, vaksinlərin belə ekzotikaya hazır olub-olmadığını araşdırırlar.

Kolumbiya alimləri hələ koronavirus pandemiyası başlamadan öncə 2016-2018-ci illərdə mövsümi qripə yoluxmuş 191 nəfər üzərində test aparmışdılar. 12 pasiyent bir neçə dəfə təkrar yoluxmuş, onlardan 7 nəfərində eyni zamanda bir neçə respirator virus aşkarlanmışdı. Lakin bu xəstəliyin ağır gedişatına səbəb olmamışdı.

Hər bir halda mutasiyalara uğradıqca kovidin getdikcə zəiflədiyinə inanaraq, gələcəyə ümidli baxmalıyıq.

İlhamə

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
Son xəbərlər
Bütün xəbərlər »