Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan yeni xarici işlər naziri tapa bilmir
Nikol Paşinyan

Ermənistanın xarici işlər naziri postuna namizəd axtarışları davam edir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan çıxılmaz vəziyyətə düşüb. O, bu vəzifəyə heç bir namizəd tapa bilmir.

Ermənistanın “Qraparak” qəzeti yazır ki, müxtəlif adlar irəli sürülür: ölkənin keçmiş parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Ruben Rubinyan, spiker Ararat Mirzoyan, hökumətdə baş nazir köməkçisi vəzifəsini icra edən Qriqoryan və hətta keçmiş müdafiə naziri David Tonoyan.

Qeyd olunur ki, D. Tonoyanın bu vəzifəyə gətirilməsi Rusiya və ABŞ tərəfindən alqışlanacaq, lakin XİN-ə bu ölkəyə müharibədə məğlubiyyət qazandıran Tonoyanı gətirmək erməni cəmiyyətinə xarici siyasətdə də gözlənilən məğlubiyyətin siqnalını verə bilər. Ararat Mirzoyan isə deyilənə görə, həmin vəzifədən imtina edib. Mqer Qriqoryan həmçinin özünü baş nazirin “apolitik” köməkçisi kimi görməkdən razıdır və xarici işlər naziri vəzifəsini tutaraq siyasi məsuliyyəti bölüşmək istəmir. Qriqoryan qəzetin bu haqda sualına cavab olaraq deyib: “Xahiş edirəm hökumət formalaşdırılana qədər mənə bu barədə sual verməyin...”(virtualaz.org)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »