Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Döyülən dördüncü hakimiyyət - Günah kimdədir?
Internet

Manset.az-ın əldə etdiyi məlumata görə, Xəzər Televiziyasının Xəbərlər xidmətinin əməkdaşı Ülkər Qasımova bir müddət əvvəl vaksinasiya ilə bağlı şikayətlərin olduğu Nərimanov Rayon 8 saylı Şəhər Polikilinikasında döyülüb.

Xanım müxbir polikilikinada çəkiliş etmək istəyərkən baş həkim Tamilla Kərimova ona hücum edib. Maraqlıdır ki, baş həkim Tamilla Kərimova yaşanan insidenti təsdiqləməklə qalmayıb təhdid də edib:

“Mən göydən düşmüşəm? Mən bu poliklinikaya gələndən 3 qəzet bağlamışam. Həmin gün qeydiyyatdan keçən xəstəxananın pasiyentlərini şahid kimi dəvət edəcəm. Mən üç qəzet bağlatdırmışam. Heç bir mətbu orqandan qorxmuram. İstədiyim vaxt Mətbuat Şurasının sədri Əflatun Amaşova zəng edib, sözümü deyə bilirəm. Başqa yerdən də sizə deyəcəklər. Bu məsələni işıqlandırsanız, sizi də məhkəməyə verəcəm”- deyə o bildirib.

Dördüncü hakimiyyət deyilən mediaya hər təsadüfi adamların gəlişi, ortalarda əlində telefon gəzişib hər önünə çıxanı şantaj edən Atalar, ona bənzər minlərlə blogercik jurnalistikanın kötüyünə elə balta çalıb ki, çətin bir də alnıaçıq dayana bilə. Ona görə, haqqında çox məlumat yayılmasını istəməyən bəzi müəssisə rəhbərləri qurunun oduna yaşı da yandırıb önlərinə çıxana əl qaldıra, qara yaxa bilirlər.

Əflatun Amaşaova xanım zəng edib nə deyəcək bilmirəm. Mənim bir media mənsubu kimi MEDİA rəhbərliyinə və Əflatun Amaşaova müraciətim var. Xahiş edirik, hər ağlına keçən özünü mətbuat nümayəndəsi kimi təqdim edib adbatıranlıq eləməsin deyə ümumiləşdirilmiş jurnalist vəsiqələri hazırlansın. Vəsiqəni alanların da, hansı redaksiyada, necə çalışdığına dair nəzarət olsun. Müddətli şəkildə verilsin ki, işdən çıxan şəxs traktor sürdüyü halda “mən pressayam” deyib hədə-qorxu gəlməsin heç kimə. Ən əsası da bu vəsiqəni daşıyan jurnalistlərə öz xidməti vəzifəsini yerinə yetirərkən toxunulmazlıq statusu verilsin. Necə ki, vəzifə başında polisə əl qaldıranlar məsuliyyət daşıyır, ən təhlükəli sahələrə girib, cəmiyyətin yaralarını, qüsurlarını, problemlərini işıqlandıran həmkarlarımızın da can güvənliyi qorunsun. Amma bu vəsiqələr də ucdantutma hər kəsə verilməməlidir. Əks halda daha reket jurnalistlərin kəsdiyi başa sorğu-sual olmayacaq. Bir sözlə, seçim, ələk mövcud olmalıdır. Bu gün müxtəlif sosial şəbəkələrdə bir-iki paylaşım edəndən sonra, hər kəs özünü “jurnalist” adlandırırsa, bunun sonu yaxşı görünmür. Niyə hər iynə vurmağı bacaran adam özünə həkim deyə bilmir, nə üçün hər savadı olan “mən müəlliməm” deyə bilmir? Amma hamı jurnalistəm deyib ortalıqda gəzə bilir? Mətbuat Şurası və MEDİA bu vəziyyətə ciddi nəzarət etməlidir, əks halda ya xəbər başlıqlarını özümüz barədə yazmalı olacağıq, ya da həbsxanalarda dördüncü hakimiyyət nümayəndələrinin və onları döyənlərin sayı-hesabı olmayacaq.

İlhamə Rəsulova

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »