Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdə olan keçmiş baş prokuror əməliyyat olundu
Eldar Həsənov

Keçmiş baş prokuror və keçmiş səfir Eldar Həsənov əməliyyat olunub. Turan İA onun Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında cərrahi müdaxiləyə məruz qaldığını yazıb. Səbəb: Eldar Həsənov bağırsaq keçməzliyindən əziyyət çəkirmiş.

Azərbaycanın Serbiyada, Monteneqroda və Bosniya və Herseqovinada səfiri işlədiyi vaxt – 2020-ci il avqustun 13-də Eldar Həsənovu Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə şübhəli şəxs qismində Dövlət Təhlükəsizliyi Xidməti saxlamışdı. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və büdcə vəsaitlərini təyinatı üzrə istifadı etməmə ittihamı irəli sürüldü. Eldar Həsənov bu ittihamlarla razılaşmadı və ifad verməkdən boyun qaçırdı. Prezident İlham Əliyevin sərəncamı ilə səfir vəzifəsindən azad etdi.

Keçmiş səfirin həbsi hətta hakimiyyətin özündə də bir çoxları üçün gözlənilməz oldu. Baxmayaraq ki, Eldar Həsənovun hakimiyyətdə təmsil olunan bəzi yüksək vəzifəli şəxslərlə münasibəti pis idi. Bunların arasında Prezidentin köməkçilərindən birinin adı daha çox çəkilirdi. Ancaq Eldar Həsənovun həbsinə hüquqşünas Aslan İsmayılovun və başqalarının verdiyi ilkin şərhlərdə onun dövlətə xəyanət etməsinə eyham vurulurdu. Aslan İsmayılov: “Azərbaycan Rusiyaya bağlılıqdan qurtarmaq istəyir” deyə şərh verərək Eldar Həsənovun Rusiya hakimiyyəti ilə hansısa xüsusi əlaqələrinə işarı etmişdi. Ancaq Eldar Həsənova yaxınlığı ilə tanınan ictimai xadimlər və jurnalistlər bu eyhamları böhtan adlandırmış, keçmiş səfirin Prezidentə və dövlətə sədaqətli olduğunu bildirmişdilər. Eyni zamanda rəsmən irəli sürülən ittihamların dövlətə xəyanətlə bağlılığının olmadığını əsas gətirmişdilər.

Ancaq sosial mediada Serbiyadan Ermənistana Gürcüstan vasitəsilə silah ötürüldüyü və həmin silahların 2020-ci ilin iyulun 12-16-da Ermənistan ordu bölmələrinin Tovuz rayonuna hücumu, buna görə də Serbiyadakı səfir kimi Eldar Həsənovun daşıdığı və ya daşımalı olduğu məsuliyyət haqqında da ehtimallar, rəylər irəli sürülürdü. Bu məsələni də Eldar Həsənova yaxın çevrə rədd etmişdi. Hətta belə bir fikir işlədilmişdi ki, əgər Ermənistana silah məsələsinə görə səfir tutmaq lazım gəlsəydi, başda Rusiya olmaqla Azərbaycanın xeyli ölkədəki səfirləri çoxdan həbs edilməliydilər.

Beləliklə, cəmiyyətdə Eldar Həsənovun özünə olduğu kimi, həbsinə də birmənalı münasibət yox idi. Onu tanınmış, təcrübıli vəkil Adil İsmayılov müdafiə edirdi. Lakin bu yaxınlarda Adil İsmayılov vəfat edib. Hazırda Həsənovun hüquqlarını Cavad Cavadov və Adəm Məmmədov qoruyurlar.

Vəkilləri həbsindən az sonra Eldar Həsənovun səhhətində problemlər yarandığını demişdilər və onun Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalına köçürülməsi haqda vəsat’t vermişdilər. Ancaq istinataq bu vəsatətləri xeyli müddət təmin etməmişdi. Bununla bağlı mayın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun vəkillərinin müraciəti əsasında keçmiş səfirin xəstəxanaya yerləşdirilməsi haqda qərar verdi. Qərar icra olunmadıqda vəkillər yenidən AİHM-ə müraiət göndərmişlər. Turan yazır ki, Məhkəmə iyunun 3-də qəti qərar verərək Eldar Həsənovun “xəstəxana şəraitində müayinəsini tələb edib” və o, iyulun 2-də DTX-nin hospitalına yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl Eldar Həsənovun barəsində həbs qəti-imkan tədbirinin girov müqabilində dəyişdirilməsi və həbslə bağlı olmayan qəti-imkan tədbiri ilə əvəz olunması üçün vəsatət də təmin olunmamışdı. Lakin o ərəfədə XİN-in başqa yüksək vəzifəli şəxsləri həbsdən buraxılmışdı.

Bizimyol.info

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »