Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan qapılarını ərəb ölkələrinə açır
Koronavirus pasportu

2020-ci ilin mart ayından etibarən sərhədlərin bağlanması, uçuşların təxirə salınması turist axınını dayandırdı. Bu il isə peyvəndləmədən sonra sərhədlər mərhələli şəkildə açılır. Belə ki, iyunun 3-cü dekadasından 3 körfəz ölkəsi - Bəhreyn, BƏƏ və Qətər vətəndaşlarının müəyyən şərtlərlə hava yolu ilə Azərbaycana gəlməsinə icazə verilib.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə, Bizimyol.info saytına bildirib ki, şərtlərə görə, 18 yaşından böyük vətəndaşlar Covid-19 pasportu və ya koronavirudan sağalma haqqında sənədlə yanaşı Azərbaycana gəlməmişdən öncə 72 saat ərzində PCR test nəticəsi (neqativ) təqdim etməlidilər. 18 yaşına qədər vətəndaşlar isə yalnız PCR test verərək gələ bilər:

“Bu il may ayında Qətərdən 22 nəfər, iyun ayında 22, BƏƏ-dən may ayında 16 nəfər, iyun ayında 181 nəfər, Bəhreyndən may ayında 2 nəfər, iyunda isə 9 nəfər gəlib. Bildiyiniz kimi 3 ölkəyə iazə verilib. Və hələ bu bazar açılmayıb. İyul ayından müəyyən canlanma var və biz bunun statistikasını avqust ayında verə biləcəyik”.

K.Quluzadə qeyd edib ki, insanlar pandemiya dövründə səyahət etməkdən çəkinirlər. Bununla yanaşı insanlar turistik səfərlərini öncədən planlaşdırırlar.

“Bizim işimiz sərhədləri açmaq idi. Artıq bu həyata keçdi. İndi isə Azərbaycana turist kimi səfər etmək istəyənlər öz səfərlərini planlayıb gəl bilərlər. Azərbaycanin əsas vəzifəsi öz vətəndaşları ilə yanaşı turistlərin də sağlamlığını tmin etməkdir. Ölkədə vaksinasiya uğurla davam edir. Və Azərbaycanın imici təhlükəsiz bir ölkə kimi tanıdılmaqdadır. Biz tanıtımlar aparır, tədbirlərdə iştirak edirik”- deyə o bildirib.

Quluzadənin sözlərinə görə, Azərbaycanda artıq turizm bərpa olunmağa başlayıb. Bu il gəlmə turizmin tempinin yüksək olmayacağı gözlənilən idi. Yəni əsas diqqət bu il yerli turizmin üzərindədir.

“Bu il yanvar-iyun aylarında Azərbaycana 281817 nəfər olub. Bu ox az bir rəqəmdir. Vaksinasiya davam etdikcə, bu rəqəm dəyişəcək. Ancaq turizmin Azərbaycan və digər ölkələr üçün 2019-cu ilin səviyyəsinə çatması 2023-2025-ci ilərdə mümkün olması gözlənilir”- deyə K.Quluzadə əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› Atatürkə qarşı böyük hörmətsizlik
››› “600 min pul alıb, bunun oynamağına bax”
Son xəbərlər
Bütün xəbərlər »