Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Xankəndiyə sərmayə qoyacaqmı?
Xankəndi

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yeni iqtisadi rayonların bölgüsü təsdiqlənib. Açıqlanan yeni siyahıda həm işğaldan azad edilən, həm də sülhməramlıların nəzarətində olan rayonlarımız yeni yaradılmış iki iqtisadi rayonun tərkibində qeyd olunub: “Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları).

Bəs bu bölgələrdə separatçıların faktiki nəzarətində olan ərazilərin Azərbaycana inteqrasiyası üçün, xüsusən də iqtisadi inteqrasiya üçün hansı addımlar atılmalıdır? Və Azərbaycan bu iqtisadi inteqrasiya naminə, həmin ərazilərə yatırımlar edərmi? Yaxın gələcəkdə Xankəndi, Xocalı və Xocavənd kimi rayonlara rəsmi Bakı tərəfindən yatırımlar nə dərəcədə realdır?

Nazim Bəydəmirli Nazim Bəydəmirli

Bu mövzuda bizimyol.info-ya danışan iqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli bildirib ki, iqtisadi rayonlar üzrə bölgünün aparılması müsbət haldır: “Lakin bu, hazırda siyasi mesaj və piar xarakteri daşıyır. Ümumilikdə, iqtisadi region bölgüsü digər rayonlara nəzər yetirdikdə kağız üzərində qalmaqdadır. Və bu günə kimi, iqtisadi rayonlarla bağlı hər hansı ciddi iqtisadi dəyişikliklər, iri iqtisadi layihələr müşahidə olunmayıb – çünki hər bir rayonun öz rəhbərliyi var, rayonlar arasında iqtisadi cəhətdən koordinasiya, yaxud institutlaşma zəifdir. İqtisadi regionlaşma üçün ilk növbədə müvafiq institutlar yaradılmalıdır. Azərbaycan unitar dövlətdir, lakin tərkibində muxtar respublika var – Naxçıvan. Və Naxçıvan Muxtar Respublikasında müəyyən dərəcədə institutlaşma aparılıb. Azərbaycan uzun illərdir Naxçıvanı iqtisadi cəhətdən ayaqda tutmağa çalışır, hazırda müzakirə olunan Zəngəzur dəhlizinin də Naxçıvanın inkişafına rəvac verəcəyi şübhəsizdir”.

O qeyd edib ki, Azərbaycanın özünün nəzarət etdiyi ərazilərə yatırımların, müxtəlif iri layihələrin gerçəkləşməsi daha çox real görünür və bu istiqamətdə Rusiyanın da fəallıq göstərəcəyi gözləniləndir: “Rusiya Ermənistan kimi Azərbaycanı da öz orbitində saxlamaq istəyir, lakin Azərbaycan qarşılıqlı tərəfdaşlıq formatında, Rusiya ilə də, Avropa İttifaqı ilə də əlaqələrini yaxşı səviyyədə saxlaya bilər”.

Sülhməramlıların nəzarətində olan ərazilərə investisiyalar bağlı isə Nazim Bəydəmirli hələ tələsməməyin tərəfindədir.

“Çünki Azərbaycan bu ərazilərdə öz idarəetmə orqanlarını faktiki olaraq möhkəmləndirməyib və hələ də, separatçı-quldur dəstələri faktiki olaraq həmin ərazilərdə söz sahibi olmaqdadırlar. Təbii ki, hazırda Qarabağ yaşayan əhali də Azərbaycana inteqrasiya olmalıdır. Lakin iqtisadi inteqrasiyadan əvvəl, siyasi inteqrasiya amili vacib rol oynayır. Bu məsələnin şirnikləndirmə yolu ilə həll ediləcəyinə inanmıram”, - deyə iqtisadçı-ekspert vurğulayıb.

Rüfət Əhmədzadə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »