Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntiharı öncədən görməliyik: Problem öləndən sonra yox, ölənə qədər var
Fransanın Mərakeşdəki baş konsulu intihar edib

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

Ondan 3 gün sonra Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə intihar edib. Müharibədən sonra təəssüf olsun ki ona qədər keçmiş döyüşçünün intihar xəbərini eşitdik. Səbəbi hər nə olursa olsun, bir insan həyatına qəsd edəcək vəziyyətə çatıbsa demək ki böyük problemlərlə üz üzəymiş və psixoloji gərginlik keçirirmiş. Onu buna itələyən sosial səbəblər və ya yaxın ətrafı var.

2019-cu ildə Azərbaycanda 565, 2020-ci ildə 597 intihar hadisəsi qeydə alınıb.Həyatına qəsd edənlərin 440 nəfəri kişi, 157-si isə qadındır.2021-ci ilin yekunları barədə hələlik məlumat yoxdur, amma ümumi mənzərə bu sayın az olmayacağını deməyə əsas verir. Öncə onu qeyd edim ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddinə çatdırma) maddəsi ilə məsuliyyətə cəlb olunma nəzərdə tutulur. Lakin intihar hadisəsi qeydə alınan kimi 125-ci maddə ilə cinayət işi başlanır və cinayət işi faktorundan çəkinən bir çox yaxın ətraf susmaqla başını bəlaya salmaqdan çəkinir.125-ci maddə ilə açılan cinayət işi sonradan iş prosesində digər maddələrlə əvəz olunur.

Hər dəfə hansısa intihar hadisəsi baş verəndə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirir ki, baş verən intihar hadisələrindən narahatdır və 24 saat xidmət göstərən 860 nömrəli qaynar xəttə müraciəti tövsiyə edir. Açıqcası Azərbaycanda hədsiz sayda problemli ailələr olmasına rəğmən bu komitənin ortada böyük fəaliyyət göstərdiyini düşünmürəm. Hərdən bir xəbərlər proqramında rəhbərliyin xarici qonaqlarla görüşlər keçirməsi ölkədə minlərlə problemli ailənin məişət zəminidə deyilib küçümsənən lakin kimlərinsə intiharlarıyla yekunlaşan problemlərini həll etmir. Komitənin adı üstündə- Ailə PROBLEMLƏRİ. Ölən hər şəxs bir ailənin fərdidir. Problem isə insan öləndən sonra yox , ölənə qədər mövcuddur.

Rəsmi statistikaya görə hər il 1 100 000 insan ozünə qəsd edir, 19 milyon insanın özünüqəsdi uğursuz alınırÜmumdünya Səhiyyə Təşkilatı bütün ölkələr üzrə suisid göstəricilərini 3 qrupa ayırır:

- Özünüqəsdin yüksək və ən yüksək səviyyəsi - əhalinin 100 min nəfərinə 20 və 20-dən çox intihar;

- Özünüqəsdin orta səviyyəsi- əhalinin hər 100 min nəfərinə 10-20-yə qədər intihar;

- Özünüqəsdin aşağı səviyyəsi- əhalinin hər 100 min nəfərinə 10-na qədər intihar.

Rəsmi statistikaya inansaq Azərbaycanda əhalinin 100 min nəfərinə düşən intihar səviyyəsi 0,6 təşkil edir. Ölkəmizdə intihara daha çox kişilər meyl göstərir. Bu bəlkə də ailənin bütün yükünün məhz kişilərin çiynində olması, problemlərin onlara yüklənməsiylə bağlıdır.

İntiharın baş vermə səbəbinin 70%-ni depresiya təşkil edir. Psixiatrların dediyinə görə, ümumiyyətlə depresiya keçirən insanların 15-%-i intihar edir. ÜST intiharın baş verməsi üçün 800 səbəb olduğunu göstərib.41% halda özünəqəsdin səbəbi məlum deyil, 19% cəzalanma qorxusu, 18% ruhi xəstəlik, 18% evdəki məhrumiyyətlər, 6%- ehtiras, 3% iflas, 1,4% - həyatdan doymaq, 1,2%-i fiziki xəstəlik səbəbi ilə insanlar öz həyatlarına son verirlər. Özünü öldürənlər arasında məktəbli və yeniyetmə, ailədə məişət zorakılığının qurbanları (bunların arasında qadın və uşaqlarla yanşı kişilər də var), əlil, təqaüdçü, ruhi xəstə, hərbçi, məhbuslar çoxluq təşkil edir. Hərbiçi ölümlərini psixoloqlar uzun müddət gərgin, stressli iş şərtləri altında çalışmaqla əlaqələndirilər.

WHO statistikalarında bu yaş dövrləri arasında ən çox intihar düşüncəsi olanlar yeniyetmələr, ən çox intihar düşüncələri ölümlə nəticələn qrup isə yaşlılarda qeydə alınıb. Yoxsullar arasında intiharı köməksizlik, kimsəsizlik duyğusu tətiklədiyi halda həmişə yüksək vəzifədə olub, hamı tərəfindən hörmət görən bəzi insanlar vəzifədən çıxarılınca əvvəlki hörmətin qoyulmaması, dost tanışının olmaması, axtarılan, vacib adam olmaması həmin insanlarda lazım olmayan şəxs kimi düşüncələr intihara gətirib çıxardır. İntihar düşüncəsi olan insanların düşüncələri dəyişənədək daim yanında onu qoruyacaq adama ehtiyac vardır. İntihar etmək fikrini dilə gətirən hər 5 insandan biri intihara cəhd edir və intihara cəhd edən hər 10 insandan biri ölür.

İntiharı çıxış yolu kimi seçim edən insanlara ilk növbədə həkim yardımı lazımdır. Daha sonra həmin insanları tək qoymamaq və intihar düşüncəsindən yayındıracaq yollar axtarmaq, onu lazımlı hiss etdirmək, məşğuliyyət tapmaq, gələcəyə doğru reallaşa bilən ümidlərlə yaşama sevincinin verilməsi lazımdır.Və ən sonda ölkəmizdə psixoloq yardımı almaq mədəniyyəti nədənsə formalaşmayıb. Pandemiya, sosial problemlər, müharibədən çıxmış ölkə, bu qədər qazisi və şəhidi olan bir xalqın insanlarının psixoloji gərginliyi sizcə yoxdurmu?

İlhamə Rəsulova

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› "Televizorda özünü görüb soruşdu ki, bu aktyorun adı nədir..."
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› Atatürkə qarşı böyük hörmətsizlik
Son xəbərlər
Bütün xəbərlər »