Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan Əfqanistandan öz qüvvələrini geri çağırmalı, Kabul aviareysini ləğv etməlidir”
Əfqanıstan

“ABŞ-ın Əfqanistandan öz hərbi qüvvələrini çıxarması ilə Talibanın hakimiyyətə gəlməsinə yaşıl işıq yandırıldı”.

Bu fikirləri MCP sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, demək olar ki, Taliban bir neçə aydan sonra Əfqanistanda mərkəzi hakimiyyəti devirəcək.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Əfqanistanda Talibanın hakimiyyəti, region ölkələrinin təhlükəsiliziyini təhdid etməsi istisna deyil. Xüsusilə Tacikistan, Türkmənistana qarşı Taliban öz ideloji siyasətini həyata keçirəcək.

Qeyd edim ki, Talibanla Rusiya arasında bir neçə ildir ki, danışıqlar gedir. Ötən həftə Taliban nümayəndələri Moskvada növbəti dəfə Rusiya rəsmiləri ilə danışıqlar apardı. Rusiyanın əsas məqsədi Talibanın Mərkəzi Asiyaya çıxşının qarşısını almaqdır. Amma Əfqanistanda öz hakimiyyətini möhkəmləndirəndən sonra ABŞ-la sıx əməkdaşlıq fonunda Talibanın Mərkəzi Asiya və Çinə qarşı fəaliyyətini istisna etmək olmaz. Ümumiyyətlə, Taliban əvvəlki illərdən fərqli olaraq, qonşu ölkələrlə normal əməkdaşlıq kursu götürsə də, bu, Əfqanistan dövləti kimi deyil, Taliban dövləti kimi xarakterizə olunmalıdır”.

Siyasi şərhçi onu da vurğulayıb ki, ümumiyyətlə, Talibanın hakimiyyəti Əfqanistan dövləti kimi deyil, terror təşkilatı və digər ölkələrə qarşı maşa rolunda olacaq.

“Əfqanistanın dövlət quruluşu heç də dini hakimiyyət kimi qəbul edilməyəcək. Bu, Əfqanistan dövlətini növbəti süqutu, Taliban terror dövlətinin yaradılmasıdır. Azərbaycan Əfqanistandan öz sülhməramlı qüvvələrini geri çağırmalı, Kabul aviareysini ləğv etməlidir. Artıq Əfqanistan dövlət deyil, orta Şərqdə yeni bir terror dövləti yaranır.

Talibanın Moskvada Rusiya ilə danışıqlarına gəldikdə isə, bu, sadəcə müvəqqəti xarakter daşıyır. Türkiyənin Əfqanistanda fəaliyyəti isə, səmərəli olmayacaq. Sadəcə Türkiyə Pakistan vasitəsilə Talibana müəyyən təsir etmək iqtidarındadır.

Talibanın hakimiyyətə gəlməsi, Rusiya, Çin və həmçinin Mərkəzi Asiyaya üçün yeni bir təhdid olacaq”.

Leyla Mirzə

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
Son xəbərlər
Bütün xəbərlər »