Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq nazir Azərbaycanın vasitəçilik missiyasından danışdı
Əfqanıstan

Tofiq Zülfqarov: “Türkiyənin Əfqanıstandakı proseslərə təsir potensialını NATO da nəzərə alıb”

İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Dövlət başçıları Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual aspektlərini, xüsusən, tərəflərin iqtisadi-ticari əlaqələrini müzakirə edərək, son illərdə bu əlaqələrin inkişafının müsbət dinamikasını vurğulayıblar.

Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.

Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranan həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.

Tacikistan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidentini onun üçün münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Səfərin vaxtı hələ dəqiqləşdirilməyib, lakin Azərbaycanın Tacikistana Əfqanıstan məsələsində hansı şəkildə yardımçı olacağı barədə müxtəlif müzakirələr başlayıb.

Nəzərə alsaq ki, Tacikistanın Qırğızıstanla yaşadığı gərginlikdə, son silahlı toqquşmalarda Türkiyə rəsmi Bişkeki dəstəkləyib və Rahmonla Ərdoğan arasındakı münasibətlər heç də yaxşı deyil, Azərbaycan Prezidenti bu istiqamətdə necə yardımçı ola bilər?

Bu barədə bizimyol.info saytına danışan Azərbaycanın sabiq xarici işlər naziri, təcrübəli diplomat Tofiq Zülfüqarov bildirib ki, Əfqanıstanda gedən proseslər, xüsusilə də, “Taliban” hərəkatının son günlər fəallaşması rəsmi Düşənbəni narahat etməyə bilməz.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Əfqanıstan çoxmillətli və müxtəlif konfessiyaların mövcud olduğu mürəkkəb bir ölkədir. Və buradakı proseslər də mürəkkəb şəkildə inkişaf edir. Artıq “Taliban” hərəkatı Tacikistanla sərhəd ərazilərin əksəriyyətini nəzarətə götürüb. Təbii olaraq, Tacikistan hökumətini həm Əfqanıstandakı taciklərin taleyi, həm də qaçqınların axını narahat edir. Hamıya da məlumdur ki, “Taliban” hərəkatını Çin və Pakistan dəstəkləyir. Türkiyənin isə Pakistanla yüksək səviyyədə əlaqələri və sıx əməkdaşlığı var”, - deyə sabiq nazir bildirib.

Tofiq Zülfüqarov hesab edir ki, NATO-nun Brüssel toplantısında Əfqanıstanda Kabilin və mülki aviasiya obyektlərinin mühafizəsinin Ankaraya həvalə olunması məhz Türkiyənin proseslərə təsir potensialının nəzərə alınması ilə baş tutub.

“Azərbaycan hərbçiləri də Türkiyə kontingentinin tərkibində Əfqanıstanda qalmağa davam edəcək. Şübhəsiz ki, Türkiyə regionda müəyyən təsir imkanlarına malik ölkədir və həmçinin, regiondakı türkdilli ölkələrlə də münasibətlər yaxşıdır. Azərbaycan-Türkiyə münasibətləri isə hamıya məlumdur. Həmçinin Azərbaycan-Tacikistan münasibətləri də. Ona görə, düşünürəm ki, Emomali Rahmonun İlham Əliyevə zəng etməsinin, onu Düşənbəyə dəvət etməsinin arxasında məhz rəsmi Bakının bu proseslərdə müəyyən şəkildə vasitəçilik etməsi və Tacikistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasında iştirakına nail olmaq məqsədi dayanır”, - deyə diplomat qeyd edib.

O, vurğulayıb ki, bu istiqamətdə Azərbaycan müstəsna rol oynaya bilər.

“Azərbaycan Ankara-Düşənbə dialoqu üçün vasitəçilik edə bilər və edəcək”, - deyə T.Zülfüqarov əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »