Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABB milli olimpiya komandasının maliyyə tərəfdaşıdır!
ABB milli olimpiya komandasının maliyyə tərəfdaşıdır!

ABB ölkəmizdə idmanın inkişafına dəstək ənənələrini XXXII Tokio Yay Olimpiya oyunlarında iştirak edəcək

Azərbaycan milli olimpiya komandasının maliyyə tərəfdaşı kimi davam etdirir. Bununla əlaqədar ABB ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında müqavilə imzalanıb. Tərəfdaşlıq çərçivəsində respublikamızda idmanın, sağlam həyat tərzinin təbliğinə yönələn bir sıra birgə tədbirlər, kampaniyalar da həyata keçiriləcək.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:

“Azərbaycan idmanına dəstək verilməsi, idmançılarımızın beynəlxalq arenalarda uğurla təmsilçiliyi hər zaman ABB-nin diqqət mərkəzində olub. Xoş ənənələrimizə sadiq qalaraq yenə də idmançılarımızın yanındayıq. Ümidvarıq ki, komanda üzvlərimiz bizi Tokiodan möhtəşəm qələbə xəbərləri ilə sevindirəcəklər və bu tərəfdaşlığımız ABB üçün də daim qürur duyulası nailiyyət olacaq. Bütün idmançılarımıza uğurlar arzulayırıq”.

Yay Olimpiya Oyunları bütün dünyanın diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. XXXII Tokio Yay Olimpiya Oyunları 23 iyul - 8 avqust 2021-ci il tarixində keçiriləcək. Azərbaycanı bu mötəbər idman tədbirində müxtəlif növlər üzrə 44 idmançı təmsil edəcək.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »