Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaşlara kəsilən cəza, yoxsa cənnətə aparan yol...
Bakubus

Əvvəllər qrip olanda belə taxmadığımız, taxanda isə hamının qəribə baxışlarla baxdığı maska indi hamımızın əsas aksesuarına çevrilib desək, yanılmarıq. Karantinin ən sərt dönəmlərində, açıq havada belə maska taxdığımız vaxtlarda buna o qədər alışmışdıq ki, hətta maskasız olanda nəsə çatışmır kimi bir hiss yaşayırdıq.

Yay gəldi, maska ilə nəfəs almaq çətinləşdi və bu səbəbdən də sərt karantin, açıq havada maska taxmaq qadağası ləğv edildi. Lakin hələ də bağlı məkanlarda, ictimai nəqliyyatda maska taxmaq məcburi olaraq qalır.

Yayın ən isti aylarını yaşadığımızı, kondisionersiz, tuta bildiyi həcmdən 3 dəfə çox sərnişin daşıyan avtobusları nəzərə alsaq, hər gün ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalan insanların halını təsəvvür etmək elə də çətin olmaz.

Bakıda yalnız “BakuBus” avtobuslarına kondisionerlər quraşdırılıb. Digər avtobus sürücüləri və sərnişinləri isə Allahın ixtiyarına buraxılıb. Kimin ürəyi, bədəni, əsəbi güclüdür ya yox, bu avtobuslarda müəyyən olunur. Yayın bu cırhacırında, ağzında, burnunda maska və barmaq basmaq mümkün olmayacaq qədər sərnişinlə dolu avtobus.... Bunu yalnız insanlara biçilmiş bir cəza növü kimi qiymətləndirmək olar.

Avtobusa minirsən ki, sürücünün ağzında maska, əynində forma, qabaq qapı açıq, əlində dəsmalla oturub sükan arxasında haldan-hala düşür. Tərini silməkdən macalı yoxdur ki, yola baxsın. Bir az arxaya keçirsən ki, görək bəlkə külək gələn bir yer tapasan. Görürsən, arxada vəziyyət daha pisdir. Sərnişinlər püfüldəməkdən, maskanı çıxarıb özlərini yelləməkdən təngə gəliblər. Hamı dilinin altında nəsə mızıldanıb narazılıq edir, amma kimə məlum deyil... Neynəsinlər? Bilirlər ki, harasa gedib şikayət etsələr də, özləri deyib, özləri eşidəcəklər. Elə ən yaxşısı harasa getmədən, dilinin altında mızıldanmaqdır.

Avtobus hər dayanacağa çatanda isə qəribə bir vəziyyət yaranır və hamı bir ağızdan Allaha şükür edir. Bu mənzərə bir lətifəni xatırlatdı mənə. Deməli, bir taksi sürücüsü varmış və bu sürücü maşını həmişə çox pis idarə edirmiş. Bir gün dünyasını dəyişir və düşür cənnətə. Cənnətdə soruşurlar ki, bu sürücü həmişə maşını pis sürüb, sərnişinlərin həyatını təhlükəyə atıb. İndi necə cənnətə düşə bilər axı? Bu zaman onlara cavab verilir ki, sürücü ona görə cənnətə düşüb ki, onun maşınına minən hamı Allahı xatırlayıb, dua edib.

İndi BNA da bu lətifədəki kimi cənnətə getmək üçün bu yolu seçib yəqin…

Leyla Mirzə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Avqustun 1-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »