Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əməkdar jurnalist: “Mərkəzdə hər bir xəstəyə bu qayğını hiss etdim”
Hematologiya və Transfuziologiya Mərkəzi

Əməkdar jurnalist, Ali Media mükafatçısı, tədqiqatçı alim, Bakı Dövlət Universitetinin müəllimi Qərənfil Dünyamin qızı B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Valeh Hüseynova açıq təşəkkür məktubu ünvanlayıb.

Məktubda yazılır: “Valeh müəllim, əvvəla, sizə dərin təşəkkürümü bildirirəm ki, gəlişinizlə bu Mərkəzdə tamamilə başqa ab-hava yaratmısınız. İki-üç il bundan əvvəl də Mərkəzə yolum düşmüşdür. Çox imkansız bir tələbəmin sağlamlığı üçün Mərkəzə gəlmişdim. Səhətində yaranan problemə görə qana ehtiyacı var idi. Amma çox böyük təəssüflər ki, mən o zaman Mərkəzin heç bir rəhbərliyi tərəfindən qəbul edilmədim və tələbəmə köməklik edə bilmədim. O zaman orada hiss etdim ki, bu Mərkəzdən qan almaq göydən ulduz düşürməkdən də çətin imiş.

Valeh Hüseynov Valeh Hüseynov

2020 yayında yenidən Hematologiya və Transfuziologiya Mərkəzinə yolum düşdü. Bu dəfə qardaşım oğlu Quliyev Mehman Akif oğlunu 06.08. 2020 tarixində çox ağır vəziyyətdə sizin rəhbərlik etdiyiniz Hematologiya və Transfuziologiya Mərkəzinə yerləşdirdim. Bir neçə ay Mərkəzdə müalicə aldıqdan sonra evə buraxıldı və hazırda evdə müalicəsi davam edir. O, mərkəzdə müalicə alarkən daha çox (vəziyyəti ağır olduğu üçün) Hematologiya və Transfuziologiya Mərkəzinin Renimasiya və İntensiv Terapiya şöbəsində saxlanıldı. Şöbədə müalicə həkim Mehriban Kərimovanın nəzarəti altında aparılırdı.

Mən hər gün Mehmandan xəbər almaq üçün Mərkəzə gəlirdim. Mərkəzin həyətində, dəhlizlərində əksər xəstələrin həkim Mehriban Kərimovadan razılıq etdiklərinin şahidi oldum. Bu günlərdə təsadüfən eşitdim ki, siz Mehriban Kərimovanı rəhbərlik etdiyiniz Mərkəzin Renimasiya və İntensiv Terapiya şöbəsinə müdir təyin etmisiniz. Valeh müəllim, sizi inandırıram ki, çox gözəl seçim etmisiniz və bu seçiminiz əksər xəstələrin və işçilərin ürəyincədir.

Bilirsiniz ki, hazırda ölkəmizdə savadlı, bacarıqlı gənclərə çox böyük qayğı ilə yanaşılır və Siz də bu seçiminizlə bir daha bunu sübut etmisiniz. İnsan həyatını, taleyini, sağlamlığını naşı, savadsız kadırların ümidinə buraxmaq olmaz. Çox təəssüf ki, Mərkəzdə mühüm sahələr uzun illər kimlərinsə qohumu olduğu üçün belə naşıların əlində idi.

Hörmətli Valeh müəllim, başda Siz olmaqla rəhbərlik etdiyiniz Hematologiya və Transfuziologiya Mərkəzinin hər bir işçisinə - həkiminə, tibb bacılarına, təmizlik işçilərinə, xüsusən həkim Leyla Orucovaya və hazırda Mərkəzin Reanimasiya və İntensiv Terapiya şöbəsinə rəhbərlik edən Mehriban Kərimovaya çox dərin minnətdarlığımı bildirirəm. Yalnız ona görə yox ki, onlar mənim qardaşım oğlu Mehmana qayğı ilə yanaşdılar. Həm də ona görə ki, Mərkəzdə hər bir xəstəyə bu qayğını hiss etdim”.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »