Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı fotoqraf 57 il əvvəl Bakıda nə görmüşdü - Fotolar
Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond

2015-ci ildə Virciniya Universitetinin saytında SSRİ-dən bəhs edən 4 min fotonun peyda olması çox gözlənilməz alınmışdı. Sovet İttifaqının dağılmasından çox keçmişdi. Bu vaxta qədər fotoların ortaya çıxmaması təəccüblü görünürdü.

Bizimyol.info xəbər verir ki, bütün şəkillər 1950-1970-ci illərə aid idi. Fotolara söz ola bilməzdi. Hər birinin ayrıca bədii dəyərini qeyd etmək lazımdır. SSRİ rəhbərliyinin belə şəkillərin çəkilməsində maraqlı olması mümkün deyildi.

Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond

Çünki tənqidi xətt aşkar sezilirdi. Fotolarda sovet insanı xoşbəxt görünmürdü. Ümumi mənzərələri xeyli boz adlandırmaq olardı.

Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond

Həmin şəkillərin arasında Bakıdan fotolara da rast gəlirsən. Professor Tomas Teylor Hammond 57 il əvvəl Azərbaycanın paytaxtına fotoqraf kimi gəlmişdi. SSRİ tarixi üzrə mütəxəssis sosialist ölkəsi haqda əvvəldən yüksək fikirdə deyildi. Belə təəssürat var ki, Sovet İttifaqında, elə Bakıda da gördükləri təsəvvürünü dəyişməyib.

Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond

Hammondun fotolarında səs-küylü şəhərləri görməyəcəksiniz. Bakı da elə təsir bağışlamayıb. Fotolarda gənclər, demək olar, gözə dəymir. Şəkillərdən biri lap kədərlidir. Qızmar günəş altında qadınlı-kişili bir neçə nəfər asfalt döşəyir. Bu illər ərzində işçi sinfinin geyimi heç dəyişməyib. İndi də həmin paltarda küçə süpürən qadınları görmək olar.

Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond

Şəkillərin hamısı boz deyil. Məsələn, Dağüstü parkdan şəhəri izləyən ailəni görmək mümkündür. İçərişəhərdəki fotolarda anasının əlindən tutan uşaqlar nəzərə çarpır. Hammond heç də Bakını cansıxıcı şəhər kimi göstərmək istəməyib. Sadəcə, amerikalı fotoqraf sovet propaqandasından uzaq dayanmağa çalışıb.

Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond

Taksi sürücüsü fotoaparata baxır. Heç xoş görüntü deyil. Çünki taksi sürücüsünün baxışları və ümumi mənzərə xoş təəssürat yaratmır.

Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond

Hammond Sumqayıtda da olub. Yaşlı qadınlar parkda şala bürünərək gəzişir. Halbuki günün batmasına hələ çox var.

Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond Bakı sovet illərində, Foto: Tomas Teylor Hammond

Hammond Bakıda sonralar da olub. Amerikalı fotoqrafın 1968-ci il fotoları ilə də qarşılaşırıq. Hammond o şəkillərdə şəhərin tarixi yerlərinə diqqət çəkib. İstənilən halda onun Azərbaycan paytaxtından çəkdiyi bütün fotolar maraqlıdır.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »