Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qanuni oğru” təyyarədə pasportunu yedi
Kriminal avtoritet - Avto Kopala

Ukrayna polisi “Avto Kopala” ləqəbli gürcü “qanuni oğru” Avtandil Kobeşavidzeni Gürcüstana deportasiya edə bilməyiblər, çünki kriminal avtoritet təyyarəyə mindirilən kimi pasportunu yeyib.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, “Avto Kopala” barəsində Rusiyada kriminal iyerarxiyada yüksək mövqe tutmaq ittihamı cinayət işi qaldırılıb və Kiyevə onun ekstradisiyası üçün sorğu verilib. Lakin iyulun 10-da kriminal avtoriteti Gürcüstana deportasiya etməyi qərara alıblar.

Kobeşavidzeni Kiyevin Borispol aeroportundan Gürcüstanın Batumi şəhərinə uçmalı olan təyyarəyə birinci mindiriblər. Amma təyyarəyə oturandan dərhal sonra kriminal avtoritet pasportunu yeyib. Hüquq-mühafizə orqanları yaranmış vəziyyətdə nə edəcəklərinə qərar verənə qədər digər sərnişinlər təyyarəyə buraxılmayıb. Onları gözləmə zalında, reysin ləngiməsinin səbəbini izah etmədən bir sutka saxlayıblar. Üstəlik otellə, su və yeməklə də təmin etməyiblər.

“Avto Kopala”ya gəldikdə isə pasportunu yediyi üçün sərhədçilər onu Ukraynaya geri buraxa bilməyiblər. Eləcə də sənədi olmadığı üçün Gürcüstana deportasiyası baş tutmayıb.

Kriminal avtoritet 2021-ci il iyulun 8-də ev dustaqlığına buraxılmışdı, məhkəmə belə qənaətə gəlmişdi ki, onun “qanuni oğru” statusunu daşıdığını sübut edən dəlil yoxdur. Yerli KİV-lər isə kriminal avtoritetin 300 min dollar rüşvət verib həbsdən çıxdığını yazır. “Avto Kopala” ötən ilin yazında Odessada həbs olunmuşdu.

Kobeşavidze 1955-ci ildə Gürcüstanda anadan olub, “qanuni oğru” statusunu az qala əlli il əvvəl alıb. O, Gürcüstanın ən nüfuzlu kriminal avtoritetlərindən biri sayılır, dəfələrlə həbsdə olub.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
Son xəbərlər
Bütün xəbərlər »