Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidenti öldürənlərin bir neçəsi FTB-nin xəbərçiləri olub
Jovenel Moiz

Haiti prezidenti Jovanel Moizin öldürülməsində şübhəli bilinənlərin bir neçəsi ABŞ hüquq-mühafizə orqanlarının xəbərçiləri olublar. Bu haqda CNN öz mənbələrinə istinadən bildirir.

Mənbələr deyiblər ki, baş verənləri araşdıran müstəntiqlər bu qənaətə gəliblər. ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) bəyanatında isə təsdiqlənir ki, şübhəlilərdən biri onların əməkdaşlarının “məxfi informasiya mənbəyi” olub. Prezidentin öldürülməsindən sonra həmin informator idarənin əməkdaşları ilə əlaqə saxlayıb. Onlar isə həmin şəxsə yerli hakimiyyətə təslim olmağı təklif ediblər. Nəticədə informator və daha bir şübhəli Haiti hakimiyyətinə təslim olub.

Məqalədə deyilir ki, idarə hücum zamanı iştirakçılardan birinin “Bu DEA əməliyyatıdır! Heç kim müqavimət göstərməsin!”- deyə qışqırmasından xəbərdardır.

CNN onu da bildirir ki, şübhəlilərdən bir neçəsi Federal Təhqiqatlar Bürosunun xəbərçiləri olublar. FTB nümayəndələri bu məlumatı şərh etməyib, amma onu bildirib ki, təhqiqatın aparılması zamanı kəşfiyyat məlumatlarının toplanması üçün qanuni mənbələrdən istifadə edilir.

Haiti prezidenti Jovanel Moiz iyulun 8-nə keçən gecə paytaxt Port-o-Prensdəki iqamətgahında silahlıların hücumu zamanı öldürülüb, arvadı ağır yaralanıb və ABŞ-a aparılıb. Silahlılardan bir neçəsi daha sonra Haiti polisi tərəfindən zərərsizləşdirilib, dəstə üzvlərindən bir neçəsi tutulub. (virtualaz.org)

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransada yeni şəxsiyyət vəsiqəsi qəzəbi: “Makron Fransanı alçaltdı”
Son xəbərlər
Bütün xəbərlər »