Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan" nəşriyyatını üfunət bürüyüb - sözün bütün mənalarında...

"Azərbaycan" nəşriyyatının binası - 80-ci illərdə bu bina Bakının intellektual siması sayılırdı desəm, bəlkə də yanılmaram. Burada dərc olunan samballı dövlət qəzet və jurnallarına görə sanki bina da əzəmət qazanmışdı.

Amma bu gün. Bu gün “Azərbaycan" nəşriyyatı binası reket jurnalistlərin yuvasına dönüşməklə ayıba ev sahibliyi edir. Bu binada sanballı media orqanları da yerləşir, 3-4 böyük qəzet redaksiyası var ki, kifayət qədər oxucu kütlələri də var, hörmətləri də. Özlərinə məxsus mərtəbədə yerləşib kimsəyə qarışmadan işlərini görürlər. Sözüm onlara deyil.

Amma çox təəssüf olsun ki, binada ofislər ucuz olduğuna görə, bura daraşmış çoxlu sayda “həşəratlar” da var. Bir yandan reket jurnalistika ilə mübarizə aparılır, bir yandan da hamısına Azərbaycan Dövlət Nəşriyyatının binasında ucuz qiymətə ofis verilir. Normal media orqanlarının böyük əksəriyyəti çox baha qiymətə müxtəlif ofislərdə məskunlaşmalı olur. Bu bir az rüşvətxora Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ofis verməyə bənzəmirmi? Dövlətə məxsus bu binanın əməlli-başlı təmir və təmizləmə işlərinə ehtiyacı var.

İcarəyə vermək üçün normal şərait yaradılsa, özünə hörmət edən bir çox ciddi media orqanları əlbəttə bu binaya köçmək istəyər. Hər ay plazalara verilən böyük icarə haqlarını da öz daxili xərclərinə, əməkdaşlarının maaşına, problemlərinə həsr edə bilərlər.

Bir neçə gün əvvəl işlə bağlı "Azərbaycan" nəşriyyatında oldum. Girişdə səni mühafizəçilər sorğu-suala tutur, icazə almadan içəri buraxmırlar. Yəni ilk dəfə gəlmiş olsaydım, qara şöhrətini eşitməsəydim, bu ciddiyətə heyran qalardım. Üfunət iyindən Nəşriyyatın dəhlizlərindən keçmək olmur. Səbəbini bilmədim, su yoxdur, yoxsa təmizliyə riayət etmirlər. Liftlər Nuh əyyamından qalma, elə təmir də son dəfə bu dəhlizlərə o əyyamda gəlibmiş kimi görünür. Dəhlizdəki tualetlərdən birisinin qapısını açıb içəri boylandım, sanki, ən qəddar zindanda kustar yöntəmlərlə hazırlanmış və cəza olsun deyə düşünülümüşdü. Eni-uzunu 50 santimetr olan bu tualet hücrəsinə necə girib-çıxrlar, onu da anlamadım. Belə yer əlbəttə üfunət qoxacaqdı. İllərdir o qədər media orqanının cəmləşdiyi bir binada belə dözülməz vəziyyət davam edir, binaya nəzarət edənlər isə görünür, işlərini elə qapıdakı sorğu-sualla bitmiş hesab edirlər.

"Azərbaycan" nəşriyyatını sözün bütün mənalarında təmizləyib əsl medianın istifadəsinə vermək lazımdı. Ayda, ildə bir dəfə çıxıb, üz qapağına da dövlət başçısının rəsmini vurmaqla özünü qalxan arxasında hiss edən reket jurnalistikasının yuvasından başlamalıdır bu təmizlik.

İlhamə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »