Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ABŞ diplomatını yol nişanını oğurlamaqda ittiham edir
Kreml, Moskva, Rusiya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Amerikanın bu ölkədəki səfirliyinin əməkdaşını oğurluqda ittiham edib. ABŞ diplomatı Tver vilayətində dəmiryolu stansiyasında yol nişanını oğurlamaqda təqsirləndirilir.

Bizimyol.info xəbər verir ki, Mariya Zaxarova bu haqda özünün “Telegram” kanalında yazıb. Xarici İşlər Nazirliyinin sözçüsü deyir ki, lövhə yoxa çıxandan sonra polislər onun tapılması istiqamətində araşdırmalara başlayıb. Onlar kamera görüntülərinə baxış keçiriblər. Həmin kadrlardan birində yol nişanını götürən şəxsin diplomatik (qırmızı) nömrəli avtomobilin yük yerini açıb ora qoyduğu görünüb.

Mariya Zaxarova Mariya Zaxarova

Mariya Zaxarovanın sözlərinə görə, bu görüntülər aşkarlanandan dərhal sonra yol polislərinə həmin maşını saxlamaq göstərişi verilib. Sözügedən avtomobili yol polisi saxlayanda sükan arxasında ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşı olub.

Səfirlik əməkdaşlarının diplomatik toxunulmazlığı olur. Nazirlik rəsmisi bildirib ki, baş verənlərə baxmayaraq, həmin şəxsin diplomatik toxunulmazlığı ləğv olunmayıb. Amma amerikalı diplomat bu hadisədən az sonra öz ölkəsinə qayıdıb.

Mariya Zaxarova diplomatı Anton Çexovun hekayəsində dəmir yolu relslərindən yiv oğurlayan personajla müqayisə edib.

“Özünü necə də axmaq kimi göstərir! Sanki dünən doğulub, ya göydən düşüb. Axmaq baş, sən anlamırsan ki, sənin bu yivi açmağın nəyə gətirib çıxara bilər? Gözətçi çatmasaydı, qatar relslərdən çıxa bilərdi, adamlar ölərdi! Sən insanları öldürərdin!”, - Çexovun əsərində müstəntiq dəmiryol relslərindəki yivləri açan kişiyə izah edir. Təsəvvür etmək çətin idi ki, sən demə, xarici diplomatik missiyanın əməkdaşına da belə izah eləmək lazım imiş...”, - Mariya Zaxarova “Telegram” kanalında belə yazıb.

Xarici İşlər Nazirliyinin sözçüsü oğurluqda ittiham olunan amerikalı diplomatın adını açıqlamasa da, kimdən söhbət getdiyi üzə çıxıb. Məlum olub ki, Zaxarovanın dəmir yolu nişanını oğurlamaqda ittiham etdiyi amerikalı Parker Uilsondur.

Bu haqda başqa bir məlumatda bildirilir ki, hadisənin şahidi olan bir nəfərə kişinin yol nişanını yerindən çıxarması qəribə gəlib və o, baş verənləri telefonuyla çəkib. Onun çəkdiyi görüntülər əsasında da məsələnin üstü açılıb.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Canlı yayımda intihar cəhdi - Video
Son xəbərlər
Bütün xəbərlər »