Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Laçında ovlanan cüyürün sədası Bakıya qədər gəldi
Cüyür, ceyran

Sosial şəbəkələrdə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı görüntülər yayılıb.

Görüntülərdə iki şəxs Azərbaycanda nadir heyvanlardan olan cüyürü yemək üçün hazırladıqları görünür. Baş verənlərə sosial şəbəkə istifadəçilərinin reaksiyası isə birmənalı olub: Hamı bu hərəkəti qınayıb. Sonradan həmin şəxslər öz hərəkətlərinə haqq qazandırmaq üçün cüyürü sadəcə, çaydan yaralı halda tapdıqlarını desələr də, etirazlar azalmayıb. Qeyd edək ki, bu heyvanın ovlanması Azərbaycanda qanunla qadağandır.

Bizimyol.info xəbər verir ki, Laçın rayonu ərazisində, Şamkənddə cüyür yeyib içən Vüqar və Aqil adlı şəxslərin kimliyi də bəlli olub. Onlar Laçın rayonu ərazisində arıçılıq təsərrüfatı yerləşdirməyə icazə almış şəxslərdir.

Sol tərəfdəki şəxs Laçın rayon sakini Xurşudov Aqil Qasım oğludur. Laçın rayon İcra hakimiyyətinin dərc etdiyi siyahıya görə o 2019-2020-cu tədris ili üçün Oğuz rayonu Kərimli tam orta məktəbinin direktoru olub. Sosial şəbəkələrdəki paylaşımdan sonra Vüqar cüyürü özlərinin ovlamadığını da bəyan edib. Sən demə, bu adamlar - Aqil və Vüqar müəllimlərin qanunauyğun olaraq məşğul olduqları arıçılıq təsərrüfatlarını Laçına köçürmələrinə icazə verilib.

Onlar bu icazə əsasında Laçına gediblər və təsərrüfatı orada yerləşdirdikdən sonra geri qayıdarkən güclü yağışa düşüblər. Bu zaman avtomobillə hərəkət etmək mümkünsüz olduğu üçün çayı piyada keçərkən selin gətirdiyi və daşlara dəyərək hər iki ayağı sınan cüyür görüblər. Bundan sonra cüyürü kəsərək bişiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib. Cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir. ETSN-dən Bizimyol.info-ya bildirildi ki, videogörüntülərlə bağlı araşdırma aparılır və nazirlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Cüyür kəsən şəxslərlə bağlı sosial şəbəkələrdə münasibət birmənalı olmayıb. İnsanlar təbiətin nadir göazəlliklərini qorumağa, hifz etməyə çağırıblar. Suda köməksiz qalmış heyvana yardım etmək əvəzinə onu kəsməyi vəhşilik adlandırıblar.

İlhamə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »