Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə benzinin qiyməti rekord həddə çatıb
Benzin - yanacaq

Neftin dəyərinin yüksəlməsi istehsalçı ölkələrdə fərqli mənzərə yaratmalıdır. Həm iqtisadiyyat bundan fayda götürməli, həm də benzinin qiyməti aşağı düşməlidir. Amma Azərbaycan da daxil olmaqla bir çox dövlətlərdə əks proses müşahidə edilir.

Bizimyol.info xəbər verir ki, Rusiyada benzinin qiyməti rekord həddə çatıb. Sankt-Peterburq ticari-xammal birjasında Aİ-92-nin tonu 55 min 720 rubldan təklif olunub. Bu isə benzinin litrinin 74.8 sentə satılması anlamına gəlir.

Aİ-95 də rekorda yaxınlaşır. Birjada qiymət 59 min 207 rubla (təxminən 80 sent və ya 1 manat 36 qəpik) çatıb. Ən yüksək göstərici isə 2020-ci ilin yayında qeydə alınmışdı. Elə dizelin də qiymətini rekorddan bir neçə rubl ayırır.

Rusiya hökuməti qiymət artımını tutarlı arqumentlərlə izah edə bilmir. Səbəb kimi OPEK üzvlərinin hasilat göstəricilərində ortaq məxrəcə gələ bilməməsi qeyd olunur. Halbuki bazardakı qeyri-müəyyənlik Kremlə benzinin qiymətini artırmağa əsas vermir. Özü də Rusiya son hadisələrin mərkəzində deyil. Fikir ayrılığı daha çox Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yaşanır. Əbu-Dabi hasilatın artırılmasının tərəfdarıdır. Səudiyyə Ərəbistanı da olmaqla OPEK-in bir çox üzvləri bunu məqsədəuyğun saymır.

İndiki neft qiymətləri Kreml üçün yetərincə qənaətbəxş hesab olunur. Ən yaxşı ssenarilər də qlobal böhran dövründə məhsulun barelinin 80 dollara yaxınlaşacağını söyləmirdi. Amma hadisələr Moskvanın arzusuna uyğun davam edir. Buna baxmayaraq, Rusiya hökuməti qiymət artımının qarşısını almır. Əksinə, Kreml məsələyə ciddi yanaşmamaqla əhalinin sosial vəziyyətinin ağırlaşmasına xidmət edir. Heç kimə sirr deyil ki, benzinin dəyərinin artması ərzaq qiymətlərinin yüksəlməsi ilə nəticələnir.

İyulun əvvəllərində Rusiya Federal Antiinhisar Xidməti 2018-ci il qiymət artımında ittiham olunan iki şirkəti cərimələdiyini açıqlamışdı. “Solid-tovarnıe rınki” və “A-Oyl”a 5 milyard rubl cərimə kəsilmişdi. Antiinhisar xidməti hər iki şirkətin neft məhsuallarının qiymətinin süni artırılmasına maraq göstərdiyini bildirmişdi.

Qeyd edək ki, Azərbaycanda benzin daha yüksək qiymətə satılır. Məsələn, Rusiyada Aİ-95 benzinin litri bizim pulla 1 manat 36 qəpiyə çatıb və bu rekord səbiyyə sayılaraq həyəcana səbəb olub. Azərbaycanda isə eyni markalı benzini litri Tarif Şurası tərəfindən 1 manat 40 qəpik müəyyən edilib. Bu baxımdan hələlik Rusiya istehlakçılarına həsəd apara bilərik.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »