Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "Əfqanıstandakı hərbçilərimizin təhlükəsizliyi prioritetdir"
Əfqanıstan

Fazil Mustafa: “Talibanın Əfqanıstanda möhkəmlənməsi narkotrafikin azalmasına yox, əksinə artmasına səbəb olacaq”

Tofiq Abbasov: “Türkiyə və Azərbaycanın Əfqanıstandakı maraqları sabitliyə xidmət edir”

ABŞ-ın Əfqanıstanı tərk etməsi və Talibanın aktivləşməsi fonunda, dünya gündəmində “başıbəlalı” Şərq ölkəsinin gələcək taleyi və regiondakı yeni qüvvələr nisbəti ilə bağlı müzakirələr də artmaqdadır. Eyni zamanda, Türkiyə Prezidentinin “Türkiyənin Əfqanıstanda qalacağı barədə açıqlamalar”, habelə, Taliban nümayəndələrinin Moskvaya səfəri və onların Moskvada XİN başçısı Sergey Lavrovla görüşməsi bir çox suallar doğurdu.

Türkiyənin öz qoşunlarını Əfqanıstanda saxlaması, Ərdoğanın bu istiqamətdə Pakistan və hətta Macarıstanla da əməkdaşlıq etmək istəyi bir sıra KİV-lərdə, o cümlədən Rusiya mətbuatında narahatlıq doğurub və Ərdoğanın NATO-dan razılıq alıb-almadığı kimi müzakirələr açılır. Onu da xatırladaq ki, Taliban Türkiyənin Əfqanıstanda qalmasının əleyhinə olduğunu bildirib və bu hərbi mövcudluğu “düşmənlik” kimi dəyərləndirib. Bu mövzuda Bizimyol.info saytına danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ-ın Əfqanıstandan çıxışı heç də “Amerikanın qaçışı” kimi dəyərləndirilməməlidir.

Tofiq Abbasov Tofiq Abbasov

“Amerika, şübhəsiz ki, Əfqanıstandakı vəziyyəti nəzarətdə saxlamaq üçün ehtiyat tədbirlər görüb. Qərbin Əfqanıstan maraqlarını “qutuya qoyacağı”nı düşünmürəm. Orada ABŞ-ın yetişmiş, formalaşmış casus şəbəkəsi var. Həmçinin, Türkiyənin Əfqanıstanda qalması da, hesab edirəm ki, NATO razılığı ilədir. ABŞ və Türkiyə arasındakı münasibətlər də Əfqanıstan mövzusunda sırf tərəfdaşlıq formatında olacaq və Qərb də anlayır ki, İslam mədəniyyətinə malik Türkiyənin regionda möhkəmlənməsi daha digər NATO dövlətlərinin hərbi mövcudluğundan fərqli olacaq”, - deyə T.Abbasov bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyənin maraqları Əfqanıstanda üst-üstə düşür və rəsmi Bakı da, Əfqanıstanda sülhün, sabitliyin qorunmasında öz dəstəyini verəcək:

“Türkiyə və Azərbaycanın Əfqanıstandakı maraqları sabitliyə xidmət edir. Lakin ilk öncə siyasi addımlar atılmalıdır və bu istiqamətdə Talibanın Türkiyə ilə ciddi konfronstasiyaya gedəcəyini düşünmürəm. Əfqanıstanda çox sayda Türk mənşəli icmalar yaşayır. Onların təhlükəsizliyi prioritet olacaq”.

Politoloqun fikrincə, öz daxilində də fərqli-fərqli qüvvələrə xidmət edən qanadları olan Taliban hazırda güc nümayişi edir, amma eyni zamanda siyasi dialoq imkanlarından da faydalanmağa çalışır:

“Taliban öz mövcudluğunu qorumaq və möhkəmlənmək üçün, regiondakı söz sahibləri ilə hesablaşmağa məcburdur”.

Millət vəkili Fazil Mustafa hesab edir ki, Talibanın sərt bəyanatlarına baxmayaraq, Türkiyə “Taliban” üzərində müəyyən təsir imkanlarına malikdir və bu proseslərdə müəyyən bir dialoq baş tuta bilər.

Fazil Mustafa Fazil Mustafa

“Pakistan və Türkiyə regionda əsas oyunçular olaraq özlərini göstərəcəklər. Təbii ki, “Taliban” rəhbərliyi İran və Rusiya ilə də anlaşmağa çalışır, çünki hər tərəflə döyüşmək əlverişli deyil. Hazırda “Taliban” bəyan edir ki, əvvəlkindən fərqli olaraq, daha mülayim siyasi xətt nümayiş etdirəcək, narkotrafik ilə mübarizə aparacaq. Lakin Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra, “Taliban”ın hansı addımlar atacağını proqnoz vermək çətindir. Hazırda Əfqanıstanda Türkiyə və Azərbaycan hərbçiləri var, onların təhlükəsizliyini qorumaq üçün siyasi addımların atılmasına ehtiyac var”, - deyə deputat bildirib. Onun sözlərinə görə, iqtisadiyyatı çökmüş, heç bir alternativ gəlir mənbəyi olmayan ölkədə birdən-birə narkotrafikin kəsilməsi, narkotik ticarəti ilə mübarizənin artmasını gözləmək inandırıcı deyil.

“Bu baxımdan, hadisələrin inkişafı regiona, o cümlədən Azərbaycana təsir göstərə bilər. Lakin ən qorxulu təsir Orta Asiya ölkələrinə olacaq. “Taliban” və digər radikal qrupların regionda möhkəmlənməsi ilə, bu ölkələrin təhlükəsizliyi təhdid altında qala bilər”, - deyə Fazil Mustafa əlavə edib.

Rüfət Əhmədzadə

Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »