Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toylarda rüşvət işə düşdü
Şadlıq sarayı, toy

Uzun müddətdən sonra toyların açılması bu sahə üzrə çalışanların, toy etmək arzusunda olanların sevincinə səbəb oldu. Amma təbii ki, hər şey pandemiyadan öncəki kimi olmadı.

Pandemiya bütün sahələrdə dəyişikliklərə səbəb olduğu kimi bu sahədə də köklü dəyişikliklərə səbəb oldu. Alışdığımız dəbdəbəli, yüzlərlə insanın iştirak edə bildiyi, iştirak edən qonaqların qızıllarını, bəzəklərini yarışdırdığı toylar artıq demək olar ki, tarixə qovuşdu. Pandemiya qaydalarına görə, artıq toylarda müəyyən olunmuş sayda və xüsusi şərtlərlə qonaqlar iştirak edə bilər. Xüsusi şərt dedikdə, covid və ya immun pasportu, tibbi maska nəzərdə tutulur. Qoyulan bu qaydalar təbii ki, insanların sağlamlığını qorumaq üçün tərtib edilib. Özümüzü və ətrafımızı qorumaq üçün buna əməl etmək isə biz vətəndaşların borcumuzdur.

Lakin redaksiyamıza daxil olan çoxsaylı şikayət məktublarına baxdıqda görürük ki, bu qaydaları heçə sayanlar da az deyil. Belə ki, daxil olan şikayətlərdən birində adının açıqlanmasını istəməyən vətəndaş A.S bildirir ki, bir neçə gün öncə övladına toy etmək üçün Bakıda yerləşən şadlıq saraylarının birinə danışıqlar aparmaq üçün yaxınlaşıb. Lakin restoranın qanunsuzluqlara yolverməsi onları dəhşətə gətirib.

“Bu restoranda bir nəfər üçün olan menyunun qiyməti 70 manatdır. Amma restoranın məsul şəxsləri danışıq zamanı bizə təklif etdilər ki, əlavə hər adam başına əlavə 10 manat da ödəyək. Əvvəl nə üçün əlavə ödəniş tələb etdiklərini başa düşmədik. Sonra bizə bildirdilər ki, 10 manatda versək, gələn qonaqların covid və ya immun pasportunun olub-olmaması yoxlanmayacaq. Biz isə qanunsuz iş görməkdən qorxduğumuz üçün orada toy etmək fikrindən daşındıq”,-deyə şikayətçi bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdəki paylaşımlara baxdığımız zaman görürük ki, bu cür hallarla bir çox restoranlarda rastlaşanlar var. Vətəndaşların fikrinə görə, bu hallar adətən vəzifəli şəxslərin himayəsi altında olan obyektlərdə, restoranlarda yaşanır.

Leyla Mirzə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »