Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kommunizmin sonuncu qalasında ara niyə qarışıb...
Etiraz aksiyası, Havana, Kuba

Qlobal böhran dünya ölkələrinin əksərinin iqtisadiyyatına təsirsiz ötüşməyib. Az qala bütün dövlətlər ağır zərbə alıb. Özünə heç cür gələ bilməyən ölkələr var. İndiyə qədər etiraz aksiyalarına rast gəlmədiyimiz dövlətlərdən belə, aranın qarışması barədə xəbərlər gəlir.

Bizimyol.info xəbər verir ki, Kubada etiraz aksiyaları başlayıb. Kommunizmin son qalalarından sayılan ada dövlətdə minlərlə insan küçələrdə siyasi rejimdən narazılığını bildirir. Kuba hökuməti hər şeyin qaydasında olduğunu deyir. Rəsmi açıqlamalarda vəziyyətin tam nəzarətə alındığı qeyd olunur. Amma yayılan videolar belə deməyə əsas vermir. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında qarşıdurmalar müşahidə olunur.

Havanada baş tutan aksiyada iştirakçılar çox aqressiv təsir bağışlayıb. Onlar hökumət əleyhinə şüarlar səsləndirir. Şüarların birində deyilir: “Kommunist köpəklər, rədd olsun!”

Qərb media orqanlarının yaydığı videolarda aksiya iştirakçılarının bəzisinin yaralandığı gözə dəyir. Hərçənd, polisin hadisələrə sərt müdaxiləsindən danışmaq hələ tezdir.

Kuba prezidenti Migel Dias-Kanel baş verənlərə görə ABŞ-ı günahlandırıb. Dövlət başçısının fikrincə, Vaşinqton Havanada aranı qarışdırmaqla məşğuldur. Dias-Kanel əks halda insanların hökumət haqda belə sərt danışmayacağı fikrindədir. O, kommunistləri küçələrə çıxmağa çağırıb.

Qlobal böhranın iflic vəziyyətinə saldığı ölkələrdən biri də Kubadır. Kommunizm adasında ağır iqtisadi durum yaranıb. Ərzaq, dərman çatışmazlığı qeydə alınıb. Elektrik enerjisinin verilməsi tez-tez dayandırılır. İşsizlik son illər ərzində ən yüksək həddə çatıb.

Kuba 1898-ci ildə müstəqillik əldə edib. Ada ölkəsində hərbi xuntanın hakimiyyətinə 1959-cu ildə son qoyulub. İqtidarı ələ keçirən Fidel Kastonun rəhbərlik etdiyi inqilabçılar tezliklə ölkədə repressiyaya start verib. Ölkənin keçmiş rəhbəri Ruben Xulsensio Batistanın tərəfdarları edam olunmağa başlayıb.

Uzun illər Kubanın milli lideri olmuş Fidel Kastro 2016-cı ildə həyatla vidalaşıb. Bundan üç il sonra ölkədə yeni konstitusiya qüvvəyə minib. Prezident postu təsis olunub. Konstitusiyaya görə, prezident 5 ildən bir seçilməlidir. Kubalılar 2019-cu ildən özəl mülkiyyət və kiçik sahibkarlıqla məşğul olmaq hüququ qazanıb. Buna baxmayaraq, ölkə əhalisinin sosial vəziyyəti getdikcə pisləşib.

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »