Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şeyxülislam niyə iranlı din xadiminin arxasında namaz qılıb...
Allahşükür Paşazadə və Ocaqnejad Şuşada

Dünəndən sosial mediada diplomatların Şuşaya səfərindən Rusiya, Fransa və ABŞ səfirliklərinin imtina etməsi və bu səfər zamanı dini qrupun namazına iranlı mollanın pişnamazlıq edərək Allahşükür Paşazadənin onun arxasında namaza dayanması müzakirə olunur.

Bu mənzərəyə haqq qazandıranlar deyirlər ki, iranlı din xadimi Ocaqnejad höccətülislam mərtəbəsində olduğuna və bu dini rütbə şeyxülislam rütbəsindən yüksək olduğuna görə, namazda imamlığı iranlı qonaq etmiş ola bilərdi.

Lakin İran nümayəndəsinin pişnamazlıq etməsi insanlarımız tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları cənab Ocaqnejadın əslən azərbaycanlı olduğunu və İranda onun Xocalı qətliamını dayanmadan dilə gətirməsini nəzərə alaraq alimin pişnamaz olmasına hörmətlə yanaşıblar. Bir çox insanlar isə sırf İranın 44 günlük aktiv əməliyyatlar zamanı mövqeyini yada salaraq onun önə çəkilməsinə narazılıq ifadə ediblər.

Məsələylə bağlı Bizimyol.info-ya şərh verən Azərbaycan Yüksəliş Partiyasının (AY) başqanı Anar Əsədli bildirib ki, istənilən dövlətin əbədi düşməni yoxdur, əbədi maraqları var.

Anar Əsədli Anar Əsədli

“Azərbaycan hər zaman qonşu dövlətlərlə mehriban qonşuluq, sülh şəraitində yaşamağa üstünlük verib, xarici siyasətinin prioritetlərini balanslaşdırılmış münasibətlər üzərində qurub. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bəri qonşu İranla isti münasibətlər qurmağa çalışıb. İranın xüsusilə Güney Azərbaycan məsələsindən dolayı Azərbaycana göstərdiyi qərəzli münasibəti ölkəmiz demək olar ki, görməzdən gəlib. 44 günlük əməliyyatlar zamanı İranın gizli şəkildə Qarabağda separatçılara yardımlar daşıması da anlaşılan idi. Özünün görüşlərdən, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyə arasında yaranacaq potensial regional əməkdaşlıqdan kənarda qalması, Türkiyənin Cənubi Qafqaza gəlişi, Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında bir dəhlizin yaradılması ilə İranın tranzit önəminin azalması bu narahatlığın ilkin səbəbləridir. İkinci önəmli səbəb isə İranın 90-cı illərdən bəri azərbaycanlılara qarşı Quzey Azərbaycanın öz torpaqlarını qoruya bilmədiyinə dair yaratdığı imiclə bağlıdır.

Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsinin Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılanması, Azərbaycan Ordusunun işğalçılara zərbələr endirməsinin Arazın o biri tayından rəğbətlə izlənilməsi İranın bizə qarşı apardığı təbliğatının çöküşü idi. Lakin İran Azərbaycanın bütün hallarda ona qarşı dost mövqeyi göstərdiyini, Zəngəzur dəhlizinin açılmasının İranla Azərbaycan arasında həm ikitərəfli, həm də regional əməkdaşlığın genişlənməsinə səbəb olacağını bəyan etdiyini unutmamalıdır. Son günlər İranın rəhbər şəxslərinin Azərbaycanla bağlı xoş bəyanatlarının bir səbəbi də odur ki, artıq İranda anladılar ki, Bakı öz siyasətini müstəqil şəkildə formalaşdırır. Biz İranın təsir dairəsinə çevrilməyəcəyik. Biz də anlayırıq ki, İranın regionda öz maraqları var. Bakı heç bir ölkəyə İrana qarşı platforma vermir və İran da bunu görür. Bizi bağlayan regional əməkdaşlıq da bəzi məqamların geri planda qalmasına səbəb olur. Nəzərə alaq ki, Astara-Rəşt dəmir yolunun çəkilməsi Avrasiya regionu üçün yeni imkanlar açacaq. İran prezidentinin səfəri çərçivəsində hər iki ölkənin rəsmiləri arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında anlaşma memorandumu imzalanıb. Energetika və nəqliyyat sahələrində Azərbaycan-İran layihələrinin böyük potensialı var.

Lakin istənilən halda son günlər sosial şəbəkələrdə yayılan şəkildəki vəziyyətə haqq vermək mümkün deyil. İranın ölkəmizdəki nümayəndəsi öndə, təkcə Azərbaycan deyil, bütün Qafqazın şeyxi isə arxasında namaz qılır?! Bizim çox güclü şəkildə qonağa hörmət ənənəmiz var. Ancaq protokol qaydaları heç bir şəkildə pozulmamalıdır. Xüsusilə, belə həssas məqamlarda... Bütün Qafqazın şeyxi rütbəcə kimdənsə kiçik ola bilməz. İstər Rusiya ilə bağlı, istərsə də İranla bağlı şəxsi mövqelərdən çıxış edənlər dövlət siyasətini və protokol qaydalarını unutmamalıdır. Əks halda ictimai qınağı kəskinləşdirə bilərlər”,- deyə partiya sədri bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »