Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İndiki buğda xroniki zəhərdir, çörəkdən asılılıq yaradır”
Çörək

Dədə-babalarımız səhərlər çörəyi süfrəyə verməzdən öncə soba üzərində qızardırdılar. Hətta çörək ləzzətli olsun deyə, üzərinə şor, pendir və ya smetan da çəkərdilər. Bilmirəm düşünülmüş formada olub ya yox, müasir dietoloqlar iddia edirlər ki, indi yediyimiz zavod çörəklərini süfrəyə məhz bu formada vermək daha faydalıdır.

Suxarı, qızardılmış çörək və ya dondurulmuş çörək kalorisini itirir və orqanizm üçün daha sağlam qida olur. Bəs qədimlərdən gələn təndir çörəyini bir oturuma kərə yağı ilə yeyən əcdadlarımız niyə sağlam idilər? Sualın cavabı sadədir. Çünki çörək indiki texnologiyalarla bişirilmirdi, indi unun da genetikasında xeyli dəyişim var. Əvvəllər valatı deyilən və xanımlarımızın evdə öz əlləri ilə hazırladıqları maya ilə bişən təndir çörəklərini təknədə 10 günə qədər saxlamaq olurdu və çörək bir qədər bərkisə də, qurumur, kiflənmirdi. Zavod çörəyini gecədən səhərə saxlayanda üzərini örtmüş göy rəngli kif göbələklərini isə yəqin müşahidə etməmiş olmazsınız.

Amerikalı tanınmış kardioloq Vilyam Devis aşkar edib ki, müasir buğda və un qanda şəkər və qlükemik indeksini artırır. Eləcə də buğdada olan qlüardin adlı zülal iştahı artırır, doyma siqnalını blok edir. Bu günkü buğda dədə-babalarımızın əkib becərdiyi buğdadan çox fərqlənir. Bu zülal dad respetrolarını dəyişir, insanı çörəkdən asılı vəziyyətə salır. Həkim müalicə etdiyi xəstələrin qida rasionundan bir müddət buğda ilə bağlı bütün məhsulları çıxarıb. 6-7 ay sonra onlarda artıq çəki azalıb, qanda şəkərin miqdarı düşüb, ürək-damar problemləri hiss olunacaq dərəcədə aradan qalxıb. Kardioloq bildirib ki, indiki buğdadan imtina etdikdə ayaqlarda şişkinlik azalır, artrit, mədə turşuluğu kimi xəstəliklər aradan qalxır, insan özünü gümrah hiss edir. Həkim qara çörəklə bağlı əksər diyetoloqların iddialarına cavab olaraq bildirib ki, fərq yoxdur, qara çörək də buğda məhsulu olduğu üçün müalicə effekt verməyə bilər. Bütün hallarda müasir buğda ziyanlıdır. Hazırda dünya iqtisadiyyatında dövr edən buğda dədə-babalarımızın becərdiyi natural buğdadan çox fərqlənir. Bir neçə il sonra genetik modifikasiya olunmuş daha yeni buğda növləri ortaya çıxacaq.

Buğdanı “xroniki zəhər” adlandıran doktor hətta kulinariya kitabı da yazıb və buğdasız reseptlər təqdim edib. O insanları buğdasız yaşamağa alışmağa çağırıb. “Buğda qarnı” adlı kitabda bildirib ki, insanların bütün xəstəliklərinin mənbəyi qarnından, bağırsaqlarından başlayır. İnsan nə yeyirsə, ondan ibarətdir.

Azərbaycanda sağlam qidalanma və ya diyetik qidalanma deyəndə ilk növbədə ağla qlütensiz un gəlir.

Doktor Fuad İslamzadə hesab edir ki, Bakı şəhərinin pərakəndə ticarət şəbəkələrinə ayaq açmış qlütensiz un markalarının bəzilərinin həqiqətən qlütensiz olması şübhə doğurur. Həqiqətən onları qlütensiz un kimi istifadə etmək məsləhət deyil.

Fuad İslamzadə Fuad İslamzadə

“Söhbət çörəyini bişirildiyimiz una nisbətən 15 dəfə artıq qiymətə satılan undan gedir. Belə pəhrizdə olan insanların qidasına qlüten adlanan dənli bitki zülalının izləri də daxil olmamalıdır. Lakin diqqətlə baxsanız, görərsiniz ki, bağlamaların yaxşı görünən üz hissəsində iri şriftlərlə "qlütensiz" yazıldığı halda, yan tərəfdə kiçik şriftlərlə tərkibindəki qlütenin miqdarı haqqında məlumat verilib. Xəstə insana bu qiymətə satılan qida maddəsi üzərində də belə kələk işlətmək insan mənəviyyatına sığışmır. Qlütensiz qidalar əsasən daima pəhrizə ehtiyacı olanlar üçündür. Seliakiya (bağırsaq infantilizmi) xəstəliyində ve laktoz intoleransı olanlarda zəruridir. Qlüten zülalı buğda, çovdar, arpa və yulafın tərkibində mövcud olan elastik bir proteindir. Sadə dillə izah etsək, qlüten makaron və digər unlu məhsullarının tərkiblərini birlikdə saxlayan yapışdırıcıdır . Elə sözün özü də mənası “yapışdırıcı” olan latınca “glue” kəlməsindən gəlir. Müasir dövrdə bəzi orqanizmlərin qlütenə dözümsüzlüyü geniş yayılıb. Dözülməzliyin ekstremal dərəcəsi seliakiey və ya nazik bağırsaqda sorulmanın pozulması sindromu adlanır. Hesab olunur ki, dünya əhalisinin ən azı 1 faizi bu və ya digər dərəcədə qlütenə dözümsüzdür.

İlhamə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »