Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ, Rusiya və Fransa səfirlərinin  hərəkəti diplomatik tərbiyəsizlikdir"
Şuşa

Ötən həftə ABŞ, Rusiya, Fransa səfirlərinin Şuşaya səfərindən imtina etməsi ilə yadda qaldı.

Bu 3 ölkə diplomatlarının  bu addımını bir çox  eskpertlər   tərəflərin ATƏT-in Minsk qrupunu zorla diriltmək cəhdi kimi qiymətləndirdilər.  Bəs əslində bu addımın  atılmasında, daha doğrusu, Şuşaya doğru addımın atılmamasında səbəb nə idi?

Bizimyol.info-ya məsələni şərh edən  siyasi şərhçi, Müasir İnkişaf Birliyinin sədri  Mübariz Göyüşlü bildirib ki, ATƏT-in fəaliyyəti başa çatmaqda olan Minsk qrupunun həmsədr ölkələrinin – ABŞ, Rusiya, Fransa səfirlərinin Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər etməkdən imtinası diplomatik tərbiyəsizlikdir.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Bunun başqa adı yoxdur. Nə qədər ki, biz problemlərimizi açıq dillə deyil, malalamaqla deyəcəyik, o qədər də onlar həllini tapmayacaq. Bu məşum üçlük nəinki dünyada, heç yerləşdiyi Cənubi Qafqaz bölgəsində heç bir təsir əhəmiyyəti olmayan balaca və zəif Ermənistanı, onun maraqlarını nəzərə alır. Amma onların Bakıdakı səfirləri Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan və işğaldan azad edilən ərazilərinə səfər etəkdən nümayişkaranə şəkildə imtina edir.

30 ilə yaxın fəaliyyəti dövründə Qarabağ probleminin həlli istiqamətində heç bir əməli addım atmayan, iş görməyən Minsk üçlüsünün təmsilçilərinin davranışı onların münasibətinin və mövqeyinin dəyişmədiyini göstərir. Bununla da onlar zəif, məğlub və bədbəxt dövlətə – Ermənistana can vermək, onu dirçəltmək istəyirlər. Eyni zamanda səfirlər bununla Qarabağda qalan və separatçılıqla məşğul olan qüvvələrə sanki “biz sizinləyik” mesajı vermiş olurlar. Bu səfərdən imtina Azərbaycan toplumunun düşüncəsində Şuşanı, Füzulini və digər azad edilən yerləri Azərbaycan ərazisi kimi qəbul etməmək anlayışını da yaradır. Bu addım Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmamasına görə atılırsa, yenə də yanlışdır. Çünki həmin torpaqlar Azərbaycanın BMT tərəfindən tanınan suveren əraziləridir. İşğal edilmişdi və azad edildi. Bu addımlarıyla ATƏT-in canını tapşırmaqda olan Minsk qrupunu dirçəltmək istəyənlər münaqişəni yenidən qızışdıra biləcəklərini unutmasınlar. Qrup Qarabağda separatçılıqla məşğul olan təxribatçı qüvvələrin statusunu müzakirəyə çıxartmaq istəyirsə, buna nail olmayacaq. Azərbaycan dəfələrlə hansısa bir statusun olmayacağını bəyan edib. “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə yanaşı, “Dağlıq Qarabağ” ifadəsi də arxiv olub. Ona görə də yaxşı olar ki, ABŞ, Fransa, Rusiya bundan sonrakı addımlarını yeni reallıqlara uyğun atsınlar”,- deyə ekspert bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »