Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstan yeni qlobal kataklizmlərə səbəb olacaq
Əfqanıstan

“Əfqanıstanda baş verən proseslər qlobal geostrateji mübarizənin tərkib hissəsi və təzahürüdür. Müxtəlif regional və qlobal güc mərkəzləri bu ölkə ətrafında cərəyan edən proseslərin fonunda sərt siyasi mübarizəyə qoşulublar”.

Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Nurlan Qələndərli Nurlan Qələndərli

Politoloqun sözlərinə görə, hazırkı şəraitdə bəzi geostrateji faktorlar Əfqanıstan ətrafında cərəyan edən rəqabət və mübarizə xarakterli proseslərin kəskinləşməsini şərtləndirir: “Geopolitik nəzəriyyələrdə Əfqanıstan “Mərkəzi Asiyanın açarı – qapısı”, həmçinin “Yaxın Şərqə yol” kimi səciyyələndirilir. Bu ölkəyə nəzarəti təmin etmək güc mərkəzləri üçün həmin bölgələrdə möhkəmlənmək imkanları yaradır. Ona görə də son zamanlar Mərkəzi Asiyada və Yaxın Şərqdə proseslərin intensivləşməsi fonunda Əfqanıstanla bağlı yeni ssenarilərin reallaşdırılması təsadüfi xarakter daşımır. Digər tərəfdən, bəhs olunan ölkənin zəngin yeraltı sərvətlərə malik olması ticari və tranzit nöqteyi-nəzərindən əlavə iqtisadi dividend vəd edir. Ona görə də bir sıra güc mərkəzləri Əfqanıstanda idarəedilən xaosun olmasında maraqlıdırlar”. Nurlan Qələndərli Əfqanıstanda siyasi ekstremizin – silahlı qruplaşmaların radikal fəaliyyətinin genişlənməsinin yeni kataklizmlərə səbəb olacağını deyib. Politoloq hesab edir ki, xarici hərbi-siyasi direktivlər əsasında fəaliyyət göstərən dağıdıcı silahlı qruplaşmaların hədəfi qeyri-sabitlik mühitinin saxlanmasıdır: “Regionda olduqca mürəkkəb geostrateji şərait bu ölkə daxilində vəziyyətin daha da kəskinləşməsini¸ yeni münaqişə ocağının yaranmasını şərtləndirəcək. Təbii ki, radikalizmin güclənməsi terror fəaliyyətinin artmasına təkan verir. Bütövlükdə, biz qarşıdakı dövrdə bu ölkə daxilində baş verən dağıdıcı proseslərdən bəzi güc mərkəzləri tərəfindən regional miqyasda siyasi və iqtisadi dividend qazanmaq məqsədilə istifadə edilməsinin şahidi olacağıq”.

İlhamə Rəsulova

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »