Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nəcməddin Sadıkovun ordudan uzaqlaşdırılmasında Tovuz hadisələrinin rolu oldu”
Nəcməddin Sadıkov

Tərlan Eyvazov: “Polad Həşimov və digər zabitlərin ölümündə xəyanət yox, ordu rəhbərliyindəki boşluqlar və səhlənkərlıq amilləri əsas götürülməlidir”

Tovuz hadisələrindən bir il keçsə də, hələ də bu hadisələrlə bağlı müxtəlif müzakirələr gedir, mətbuatda bir-birindən fərqli iddialar səsləndirilir.

Bu döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və Azərbaycan bir neçə hərbi qulluqçusunun şəhid olması Azərbaycan cəmiyyətində sarsıntı ilə yanaşı, oyanışa da səbəb olmuşdu. Və məhz bu hadisələrdən sonra, Azərbaycanla Türkiyənin birgə təlimləri, ordu rəhbərliyində dəyişikliklər həyata keçirildi. Məhz 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən Vətən Müharibəsinin də, Tovuz Hadisələrinin məntiqi nəticəsi olduğunu düşünən az deyil.

Tovuz hadisələrində zabitlərimizin ölümü, xüsusilə də, bu hadisədən sonra ordudakı islahatlarla bağlı Bizimyol.info saytına danışan hərbi ekspert Tərlan Eyvazov bildirib ki, Tovuz hadisələri ölkə rəhbərliyini bir çox ciddi addımlar atmağa vadar etmişdi. O bildirib ki, Polad Həşimov və İlqar Mirzəyevin ölümündə, müəmma və yaxud hansısa konspirasiya axtarmağa gərək yoxdur.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Biz məkrli, hiyləgər və arxası güclü olan düşmənlə döyüşürdük. Mən burda müəmma və ya xəyanət faktoru axtarmazdım. Tovuz hadisələri Azərbaycana qarşı yalnız təxribat yox, bir növ nəbz yoxlanışı oldu. Bu hadisələrdə həm ordunun hərbi-texniki hazırlığı, həm də kadrları sınaqdan keçdi. Tovuz döyüşlərinin təhlili zamanı ordu rəhbərliyindəki boşluqlar, səhlənkarlıq kimi amillər əsas götürülməlidir”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, məhz Tovuz hadisələrindən sonra, ölkə rəhbərliyi bir sıra islahat xarakterli addımlar atmağa başladı, Milli Orduda və Baş Hərbi Qərargahda bəzi kadr dəyişiklikləri edildi.

“Nəticədə, bir sıra yüksək rütbəli zabitlər ordu rəhbərliyindən kənarlaşdırıldı”, - deyə T.Eyvazov əlavə edib.

Müxbirimizin “Nəcməddin Sadıkovun da ordudan uzaqlaşdırılması bu addımlardan sayıla bilərmi?” sualına Tərlan Eyvazov belə cavab verib:

“Təbii ki, o cümlədən, bu addım da Tovuz döyüşlərindən sonrakı islahatlardan biri sayıla bilər”.

Rüfət Əhmədzadə

Bizimyol.info

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »