Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: Münaqişə keçmişdə qaldı
Hikmət Hacıyev

Bu gün Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda diplomatiya həftəsinin açılış mərasimi keçirilib.

bizimyol.info xəbər verir ki, XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə ölkə rəhbərliyinə, Azərbaycan gəncliyinə, o cümlədən könüllülər hərəkatına göstərilən diqqət və yüksək dəyərə görə təşəkkür ifadə edilib.

ADA Universitetin prorektoru Fariz İsmayılzadə bu ali təhsil ocağının XİN-lə birgə 44 günlük Vətən müharibəsi və ondan sonrakı mərhələdə həyata keçirilən xarici siyasət mövzusunda gənclərin məlumatlandırılması layihəsinin təşkilatçısı qismində çıxış etməkdən məmnunluğunu bildirib. O, Azərbaycanın beynəlxalq müstəvidə layiqincə tanıdılması baxımından gənclərin mühüm rol oynadığını vurğulayıb.

Açılış mərasimində Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək, tədbirin bir il əvvəl Ermənistanın Azərbaycanın Tovuz istiqamətində dövlət sərhədində növbəti təcavüz aktına əl atması tarixinə təsadüf etdiyini vurğulayıb. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hərbi təxribatlarını layiqincə cavablandırdığı və 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun qazandığı şanlı Zəfərin ölkəmizin tarixinə qızıl hərflərlə daxil olduğu qeyd edilib. Münaqişənin keçmişdə qaldığını qeyd edən Hikmət Hacıyev Azərbaycan qarşısında duran əsas vəzifələrdən, xüsusilə də azad olunmuş ərazilərin yenidən qurulması prosesindən, bu ərazilərin minalardan təmizlənməsindən, beləliklə, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunmasından danışıb. Təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasətinin bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcəyi vurğulanıb.

Tədbirin sonunda H.Hacıyev iştirakçıların suallarını cavablandırıb.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »