Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yayda tərləməni azaldan qidalar və üsullar
Çimərlik

Yay aylarında ən çox yaşanılan problem həddən artıq tərləmə və tər qoxusudur. Bu problem özümüzlə yanaşı yanımızda olanları da narahat edə bilər. Həddən artıq tərləməyə və tər qoxusuna nə səbəb olur?

Bizimyol.info saytına danışan həkim-kosmetoloq Səadət Babayevanın sözlərinə görə, tərin ağır qoxulu olmasına bakteriyalar səbəb olur:

“Dərinin altında iki cür tər vəzləri yerləşir, bu vəzlər kanallarla dərinin üzərinə tər göndərir. Dərinin üzərinə tər çıxdığı zaman buxarlaşır və bədən soyuyur. Tər vəzlərinin ifraz etdiyi tərdə böyük miqdarda duz olur. Bədəndə olan digər apokrin adlanan tər vəzləri hərarət yüksək olduğu zaman, stress altında ikən tər ifraz edir. Bu tər vəzlərinin ifraz etdiyi tərdə yüksək protein və az miqdarda duz olur və bu qoxu verir”.

Həkim bildirib ki, bu vəzlər göz qapaqlarında, döşlərdə, qoltuq altında və qulaqda olur. Onun sözlərinə görə, insan dərisində hər zaman qoxu olur. Ancaq bu qoxu çox az insanı narahat edir.

“Tər qoxusunun sərtləşməsi daha çox yetkinlik dövründən sonra müşahidə edilir. Kiçik uşaqlar tər qoxusu problemi yaşamazlar” - deyə S. Babayev bildirib.

Həkim hesab edir ki, tər qoxusunun ən böyük səbəbi təmizliyə əməl edilməməsidir. Yay aylarında hər gün duş almaq çox önəmlidir. Qapalı qalan nahiyələrin hər gün yuyulmaması sərt tər qoxusuna səbəb ola bilər.

“Stress səbəbilə əmələ gələn tər daha ağır qoxur. Tərləməyə sintetik materialdan olan geyimlər də səbəb olur. Genetik pozuntular, şəkər xəstəliyi, hipertiriod. Qaraciyər və böyrək funksiyasının pozulması həddən artıq tərləməyə səbəb ola bilər. Tər qoxusunun sizdən qaynaqlanan səbəbləri yoxdursa, həkimlə məsləhətləşmək tövsiyyə olunur” - deyə həkim bildirib.

Bəzi qidalar da tər qoxusuna təsir edə bilir. Alkoqollu içkilər, qəhvə, duz, istiot, yağlı süd, acı bibər, ədviyyatlı qidalar, dondurma, siqaret, soğan, sarımsaq sərt tər qoxusuna səbəb olur. Zeytunyağı, su, yulaf, yaşıl çay, kalsium tərkibli qidalar, təzə meyvə tərəvəz tərləməyə təsir etmir.

Tərləməni azaltmaq üçün bəzi vitaminlərdən istifadə etmək tövsiyyə edilir;

  • B vitamini - dəniz məhsulları, süd məhsulları, yumurta və s. qidalarda olur.
  • Maqnezium - badam, fındıq, fısdıq, qoz və məhsullarda olur.

Tər qoxusunu aradan qaldırmaq üçün antiperspirat istifadə etmək, botoks vurdurmaq, təz vəzilərini lazer üsulu ilə kiçiltmək məsələtlidir.

“Menstursiya dövründə, hamiləlikdə, qidalanmanın anidən dəyişilməsi, yeniyetməlik, önəmli bir qərar ərəfəsində tər qoxusu kəskinləşə, dəyişə bilər. Heç bir səbəb olmadan tərləyirsinizsə, gecələri tərləyirsinzsə və tərləmək həyatınıza təsir edirsə, həkimə mürciət edin”.

İlahin,  Bizimyol.info

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »