Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşa səfərindən imtinası təhlükəli plandan xəbər verir
Şuşa şəhəri

Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.

Azərbaycan Prezidentinin köməkçisi, diplomatları səfərdə müşayiət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər.

“ABŞ, Rusiya və Fransa səfirlərinin Azərbaycanın rəsmi dəvətinə baxmayaraq Şuşa səfərindən imtina etmələri, heç də tərəfsizliyi qorumaq deyil”.

Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bu, xüsusilə Minsk qrupunun fəaliyyətini qoruyub saxlamaq, həmçinin münaqişənin davam etdiyini göstərməkdir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Burada məqsəd Qarabağın statusunun həll edilmədiyi və Şuşanın bu status daxilində olduğu mesajını verməkdən ibarətdir. Onların bu fəaliyyəti separtizmə dəstək və Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaqdır.

Regionda ümumi sülhü, təhlükəsizliyi ciddi təhdid edən bu davranışla Minsk qrupunun həmsədr ölkələri bir daha göstərdilər ki, onlar münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllində maraqlı olmayıblar. Azərbaycan heç vaxt Ermənistanla birgə Qarabağ məsələsini müzakirə etməyəcək. Çünki, artıq bu məsələ bitib”.

Siyasi şərhçinin sözlərinə görə, bir müddətdən sonra Minsk qrupunun həmsədr ölkələri növbəti dəfə Azərbaycana təzyiq etmək planına malikdirlər. Amma, Şuşa bəyannaməsi belə təzyiqlərin qarşını alacaq.

“Göründüyü kimi ABŞ, Fransa və Rusiyanın və bir neçə qərb ölkələrinin əsas planı Qarabağda status tanımaqdan ibarətdir. Minsk qrupunun bu fəaliyyəti Ermənistanin və Qarabağda yaşayan əhalinin əleyhinə olacaq. Necə ki, 30 il ərzində Minsk qrupu çalışdı ki, Azərbaycandan əraziləri qoparsın, o ərazilərə status versin. Nəticədə bu, Ermənistan və Qarabağdakı əhali üçün faciə ilə bitdi. 44 gün ərzində bir dövlət dizlərini yerə qoydu. Hazırda da eyni ssenarini bəzi dövlətlər davam etdirəcəklərsə, bundan ilk növbədə yenə qarşı tərəfə zərbə dəyəcək.

Birincisi, Qarabağ münaqişəsi başa çatıb. İkincisi, Azərbaycan heç vaxt o ərazilərə status verməyəcək. Üçüncüsü, Azərbaycana qarşı son dərəcə təhlükəli plana malikdirlər. Bu, bir daha göstərir ki, Minsk qrupunun bərpası Azərbaycanın milli təhlükəsizliyini, suverenliyini təhdid edər”.

Leyla Mirzə

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
Son xəbərlər
Bütün xəbərlər »