Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələrdə "qadınları zorlamağa" çağıran manyak peyda olub - DİN-dən açıqlama
Daxili İşlər Nazirliyi

Sosial şəbəkələrdən birində özünü bloger “Pantural” kimi təqdim edən şəxs video vasitəsilə izləyicisi olan kütləyə müraciət edərək, açıq-saçıq geyimdə olan, ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

“Pantural” kimi özünü təqdim edən şəxs, videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyib: “Sən diskomfort yaşadırsan. Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”,-deyə videoda bildirib. Bunun ardınca isə ona etiraz edənlərin şərhlərinə cavab olaraq, “harada açıq-saçıq q****q gördüz, zorlayın, adlı çağırış edirəm” deyə şərh yazıb.

Özünü bloqer adlandıran şəxsin şousu bununlada bitməyib. İnsanların bu məsələni müzakirəyə çıxardığını görərək yenidən "Pantural üzr istədi" adlı ironik başlıqlı video yayıb və çağırışına görə onu tənqid edənləri "fahişə" adlandırıb.

Maraqlısı ondadır ki, bu cür çağırışlar edən şəxsin nə az, nə çox düz 70 min izləyicisi var.

Qadınlara qarşı şiddətə, zorakılığa və təcavüzə qarşı illərdir ki, bütün dünyada həmçinin də ölkəmizdə mübarizə aparılır. Lakin bu cür paylaşımlar edən şəxslərin hərəkətləri bu addımlara birbaşa zərbədir.

Qeyd edək ki, son vaxtlarda sosial şəbəkələrdə bu cür halların sayı durmadan artmaqdadır. Müəyyən izləyici kütləsi olan şəxslər sosial şəbəkələr vasitəsi ilə açıq formada narkotik vasitələr satır, pis əməllərin təbliğatını aparırlar və s. Bu cür paylaşımlar edən şəxslər təbii ki, cəzasız qala bilməz.

Ehsan Zahidov Ehsan Zahidov

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı açıqlama verərək bildirib ki, artıq həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb və araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq.

Leyla Mirzə

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »